Saffat - 37:138 Və gecə vaxtı. Ağlınızı işlətmirsiniz?
Siz xarabalıqlarının yanından keçirsiniz: Əlaqəli
Səcdə/32:26 Onlardan öncə neçə-neçə nəsilləri məhv etməmiz üzərində heç düşünmədilərmi? (Ona görə) ki, indi onların yurdlarında gəzib-dolaşırlar. Bunda dərslər və işarətlər vardır. Eşitmirlərmi?

Hicr/15:75 Bunda, incələyib araşdıranlar üçün dərslər vardır.

Həcc/22:45 Neçə-neçə şəhərlərin əhalisini, etdikləri haqsızlıqlardan ötrü həlak etdik. Onlardan geriyə qalanlar, çökmüş çatılar, tərk edilmiş quyular və kimsəsiz saraylardı...

Hicr/15:79 Onlardan öc (intiqam) aldıq. Hər ikisi də sənədlənmişdir.

Saffat/37:137 Siz dağıntılarının yanından keçirsiniz; səhər vaxtı,

Qasas/28:58 Özlərinə verilən nemətlərə qarşı nankorluq edən neçə-neçə cəmiyyətləri məhv etmişik. Bax bunlar, onlardan sonra çox az kimsə tərəfindən iqamətgah edilmiş evləridir. Oralara Biz varis olduq.