Saffat - 37:47 Onda nə baş ağrısı, nə də sərxoşluq vardır.
Cənnətdə sərxoşluq yoxdur:
Əraf/7:43 Kökslərindən kin və qısqanclıq duyğularını çıxardıq. Altlarından çaylar axarkən: "Bizi buna yetişdirən Allaha təriflər olsun. Allah bizi doğruya yönəltməsəydi biz doğrunu tapa bilməzdik. Rəbbimizin elçiləri gerçəyi gətirmişdilər," dedilər. Onlara: "Bax bu Cənmət sizindir. Etdiklərinizə qarşılıq olaraq onu miras aldınız," deyə səsləndik.

Hicr/15:47 Sinələrindəki qısqanclığı qaldırarıq; qardaş olaraq qarşı-qarşıya yerləşdirilmiş taxtlar üzərindədirlər.

Furqan/25:24 O gün Cənnət əhlinin qalacağı yer daha yaxşı olub, daha gözəl xəbərlər eşidəcəklər.

Saffat/37:45 Onlara bulaqlardan doldurulmuş qədəhlər verilər.
Saffat/37:47 Onda nə baş ağrısı, nə də sərxoşluq vardır.

Tur/52:23 Orada bir-birlərindən qədəh toqquşdurarlar, onda nə bir saçmalama, nə də bir günaha girmə vardır.

Vaqiə/56:25 Orada nə bir yersiz-tutarsız söz, nə də günaha salan bir söz eşitməzlər.

İnsan/76:21 Üstlərində yaşıl məxmərdən paltarlar və ipəklər vardır. Gümüş bilərziklər taxmışdırlar. Rəbləri onlara təmiz bir içki içirdər.

Nəbə/78:35 Orada nə boş bir söz, nə də bir yalan eşidməzlər.