Sad - 38:35 Dedi ki, "Rəbbim məni bağışla. Mənə, məndən sonra kimsənin yetişə bilməyəcəyi bir hakimiyyət ver. Sən Bəxşedənsən."
35, 36, ... 39 ayələri əsasında; Davud və Suleyman peyğəmbər ailəsinə Rəbbimiz tərəfindən verilənlər:
Ənbiya/21:78 Davud və Süleyman da... Bir dəfə, xalqın qoyunlarının (girib) yayıldığı birinin əkin sahəsi haqqında hökm verirdilər. Biz onların qərarına şahid olduq.
وَدَاوُ۫دَ وَسُلَيْمٰنَ اِذْ يَحْكُمَانِ فِي الْحَرْثِ اِذْ نَفَشَتْ ف۪يهِ غَنَمُ الْقَوْمِۚ وَكُنَّا لِحُكْمِهِمْ شَاهِد۪ينَۙ
Ənbiya/21:79 Süleymana, doğru anlama bacarığı bağışladıq. Hər birinə bilgi və hikmət verdik. Davudun əmrinə dağları və quşları verdik. Biz bunları etmişdik.
فَفَهَّمْنَاهَا سُلَيْمٰنَۚ وَكُلاًّ اٰتَيْنَا حُكْماً وَعِلْماًۘ وَسَخَّرْنَا مَعَ دَاوُ۫دَ الْجِبَالَ يُسَبِّحْنَ وَالطَّيْرَۜ وَكُنَّا فَاعِل۪ينَ
Ənbiya/21:80 Və sizi savaşlarınızda qorusun deyə ona zireh düzəltməyi öyrətdik. Artıq şükür edirsinizmi?
وَعَلَّمْنَاهُ صَنْعَةَ لَبُوسٍ لَكُمْ لِتُحْصِنَكُمْ مِنْ بَأْسِكُمْۚ فَهَلْ اَنْتُمْ شَاكِرُونَ
Ənbiya/21:81 Süleymana da bərəkətli etdiyimiz torpaqlara doğru əsən boranın əmrini verdik. Biz hər şeyi yaxşı bilirik.
وَلِسُلَيْمٰنَ الرّ۪يحَ عَاصِفَةً تَجْر۪ي بِاَمْرِه۪ٓ اِلَى الْاَرْضِ الَّت۪ي بَارَكْنَا ف۪يهَاۜ وَكُنَّا بِكُلِّ شَيْءٍ عَالِم۪ينَ
Ənbiya/21:82 Və onun üçün dalğıclıq edən və bununla yanaşı başqa işlər də görən şeytanları da... Onlara Biz nəzarət edirdik.
وَمِنَ الشَّيَاط۪ينِ مَنْ يَغُوصُونَ لَهُ وَيَعْمَلُونَ عَمَلاً دُونَ ذٰلِكَۚ وَكُنَّا لَهُمْ حَافِظ۪ينَۙ

Nəml/27:15 Biz Davuda və Süleymana bilgi vermişdik və "Bizə, iman edən qullarının bir çoxundan daha çox bəxşiş edən Allaha təriflər olsun," demişdilər.
وَلَقَدْ اٰتَيْنَا دَاوُ۫دَ وَسُلَيْمٰنَ عِلْماًۚ وَقَالَا الْحَمْدُ لِلّٰهِ الَّذ۪ي فَضَّلَنَا عَلٰى كَث۪يرٍ مِنْ عِبَادِهِ الْمُؤْمِن۪ينَ
Nəml/27:16 Süleyman Davuda varis oldu. Dedi ki, “Ey insanlar, bizə quşların dilini anlamaq öyrədildi və bizə hər şeydən verildi. Bu, açıq-aşkar bir lütfdür."
وَوَرِثَ سُلَيْمٰنُ دَاوُ۫دَ وَقَالَ يَٓا اَيُّهَا النَّاسُ عُلِّمْنَا مَنْطِقَ الطَّيْرِ وَاُو۫ت۪ينَا مِنْ كُلِّ شَيْءٍۜ اِنَّ هٰذَا لَهُوَ الْفَضْلُ الْمُب۪ينُ
Nəml/27:17 Süleyman üçün cinlərdən, insanlardan və quşlardan ordular əmələ gətirilmişdi və nizamla sövq edilirdilər.
وَحُشِرَ لِسُلَيْمٰنَ جُنُودُهُ مِنَ الْجِنِّ وَالْاِنْسِ وَالطَّيْرِ فَهُمْ يُوزَعُونَ
Nəml/27:18 Qarışqa vadisinə gəlib çatınca, bir qarışqa, "Ey qarışqalar, yuvalarınıza girin ki, Süleyman və orduları fərqində olmayaraq sizi əzməsinlər."
حَتّٰٓى اِذَٓا اَتَوْا عَلٰى وَادِ النَّمْلِۙ قَالَتْ نَمْلَةٌ يَٓا اَيُّهَا النَّمْلُ ادْخُلُوا مَسَاكِنَكُمْۚ لَا يَحْطِمَنَّكُمْ سُلَيْمٰنُ وَجُنُودُهُۙ وَهُمْ لَا يَشْعُرُونَ
Nəml/27:19 Onun sözünə gülərək, "Rəbbim, Sənin mənə, ana-atama bağışladığın nemətlərinə şükür etməyə və razı olacağın müttəqi davranışlarda olmağa məni yönəlt. Rəhmətinlə, məni müttəqi qullarının arasına sal."
فَتَبَسَّمَ ضَاحِكاً مِنْ قَوْلِهَا وَقَالَ رَبِّ اَوْزِعْن۪ٓي اَنْ اَشْكُرَ نِعْمَتَكَ الَّت۪ٓي اَنْعَمْتَ عَلَيَّ وَعَلٰى وَالِدَيَّ وَاَنْ اَعْمَلَ صَالِحاً تَرْضٰيهُ وَاَدْخِلْن۪ي بِرَحْمَتِكَ ف۪ي عِبَادِكَ الصَّالِح۪ينَ
Nəml/27:20 Quşları təftiş elədi və: "Nə üçün hüdhüdü görmürəm? Yoxsa qaçaqdırmı?" dedi.
وَتَفَقَّدَ الطَّيْرَ فَقَالَ مَا لِيَ لَٓا اَرَى الْهُدْهُدَۘ اَمْ كَانَ مِنَ الْغَٓائِب۪ينَ
Nəml/27:21 Mənə (üzr olaraq) açıq-aşkar bir dəlil gətirməzsə, onu şiddətli bir cəza ilə cəzalandıracağam, yaxud onu kəsəcəyəm.
لَاُعَذِّبَنَّهُ عَذَاباً شَد۪يداً اَوْ لَا۬اَذْبَحَنَّهُٓ اَوْ لَيَأْتِيَنّ۪ي بِسُلْطَانٍ مُب۪ينٍ
Nəml/27:22 Çox keçmədən (hüdhüd) gəldi və: "Sənin bilmədiyin bir şeyi öyrəndim, sənə Səbadan önəmli bir xəbər gətirdim." dedi.
فَمَكَثَ غَيْرَ بَع۪يدٍ فَقَالَ اَحَطْتُ بِمَا لَمْ تُحِطْ بِه۪ وَجِئْتُكَ مِنْ سَبَأٍ بِنَبَأٍ يَق۪ينٍ

Səba/34:12 Süleymana da, səhər gedişi bir ay(lıq yol gedən), axşam dönüşü də bir ay(lıq yol gedən) küləyi verdik və onun üçün petrol qaynağını fışqırdaraq axıtdıq. Rəbbinin izni ilə, cinlərdən də bir qismi əmrində çalışırdı. Onlardan kim əmrimizdən çıxarsa, ona çətin bir cəzanı daddırardıq.
وَلِسُلَيْمٰنَ الرّ۪يحَ غُدُوُّهَا شَهْرٌ وَرَوَاحُهَا شَهْرٌۚ وَاَسَلْنَا لَهُ عَيْنَ الْقِطْرِۜ وَمِنَ الْجِنِّ مَنْ يَعْمَلُ بَيْنَ يَدَيْهِ بِاِذْنِ رَبِّه۪ۜ وَمَنْ يَزِغْ مِنْهُمْ عَنْ اَمْرِنَا نُذِقْهُ مِنْ عَذَابِ السَّع۪يرِ
Səba/34:13 O nə istəyərdisə, onun üçün düzəldərdilər: Mehrablar, heykəllər, dərin hovuzlar və ağır qazanlar... Ey Davud ailəsi, şükür bəlirtisi (əlaməti) olaraq çalışın. Qullarımdan çox azı şükür edəndir.
يَعْمَلُونَ لَهُ مَا يَشَٓاءُ مِنْ مَحَار۪يبَ وَتَمَاث۪يلَ وَجِفَانٍ كَالْجَوَابِ وَقُدُورٍ رَاسِيَاتٍۜ اِعْمَلُٓوا اٰلَ دَاوُ۫دَ شُكْراًۜ وَقَل۪يلٌ مِنْ عِبَادِيَ الشَّكُورُ
Səba/34:14 Ölümünə hökm verdiyimiz zaman, onlara onun ölmüş olduğunu, ancaq dəyənəyini yeyən bir yer məxluqu göstərdi. Yıxıldığı zaman cinlər gerçəyi fərq etdi: görülməyəni (qeybi) bilsəydilər, o alçaldıcı çətin işə davam etməzdilər.
فَلَمَّا قَضَيْنَا عَلَيْهِ الْمَوْتَ مَا دَلَّهُمْ عَلٰى مَوْتِه۪ٓ اِلَّا دَٓابَّةُ الْاَرْضِ تَأْكُلُ مِنْسَاَتَهُۚ فَلَمَّا خَرَّ تَبَيَّنَتِ الْجِنُّ اَنْ لَوْ كَانُوا يَعْلَمُونَ الْغَيْبَ مَا لَبِثُوا فِي الْعَذَابِ الْمُه۪ينِ

Sad/38:18 Dağları onun əmrinə vermişdik; onunla birlikdə axşam və sübh çağı (Tanrını) ucaldırdılar.
اِنَّا سَخَّرْنَا الْجِبَالَ مَعَهُ يُسَبِّحْنَ بِالْعَشِيِّ وَالْاِشْرَاقِۙ
Sad/38:19 Quşlar da toplanmışdı; hamısı onun əmrinə tabe idi.
وَالطَّيْرَ مَحْشُورَةًۜ كُلٌّ لَـهُٓ اَوَّابٌ
Sad/38:20 Hökmranlığını gücləndirdik; ona hikmət və çox yaxşı bir qərar çıxartmaq gücü verdik.
وَشَدَدْنَا مُلْكَهُ وَاٰتَيْنَاهُ الْحِكْمَةَ وَفَصْلَ الْخِطَابِ
Sad/38:30 Davuda, Süleymanı verdik. Yaxşı bir quldu, (Tanrıya) sürəkli yönələn biri idi.
وَوَهَبْنَا لِدَاوُ۫دَ سُلَيْمٰنَۜ نِعْمَ الْعَبْدُۜ اِنَّهُٓ اَوَّابٌۜ
Sad/38:31 Bir axşam, ona gözəl qaçış atları təqdim edilmişdi.
اِذْ عُرِضَ عَلَيْهِ بِالْعَشِيِّ الصَّافِنَاتُ الْجِيَادُۙ
Sad/38:32 Dedi ki, "Mal və mülk sevgisi məni Rəbbimi xatırlamaqdan saxladı. Ta ki, o (günəş) bir örtüyün arxasında yox oldu."
فَقَالَ اِنّ۪ٓي اَحْبَبْتُ حُبَّ الْخَيْرِ عَنْ ذِكْرِ رَبّ۪يۚ حَتّٰى تَوَارَتْ بِالْحِجَابِ۠
Sad/38:33 "Onları mənim üçün geri gətirin," dedi, (vəda etmək üçün) ayaqlarını və boyunlarını oxşadı (sığalladı).
رُدُّوهَا عَلَيَّۜ فَطَفِقَ مَسْحاً بِالسُّوقِ وَالْاَعْنَاقِ
Sad/38:34 Süleymanı beləcə sınadıq; onun hökmranlığına maddi zənginlik qatdıq; ancaq o tamamilə (Tanrıya) yönəldi.
وَلَقَدْ فَتَنَّا سُلَيْمٰنَ وَاَلْقَيْنَا عَلٰى كُرْسِيِّه۪ جَسَداً ثُمَّ اَنَابَ
Sad/38:35 Dedi ki, "Rəbbim məni bağışla. Mənə, məndən sonra kimsənin yetişə bilməyəcəyi bir hakimiyyət ver. Sən Bəxşedənsən."
قَالَ رَبِّ اغْفِرْ ل۪ي وَهَبْ ل۪ي مُلْكاً لَا يَنْبَغ۪ي لِاَحَدٍ مِنْ بَعْد۪يۚ اِنَّكَ اَنْتَ الْوَهَّابُ
Sad/38:36 Bundan sonra əmri ilə hərəkət edən küləyi onun əmrinə verdik. İstədiyi yerə yağmur yağdırırdı.
فَسَخَّرْنَا لَهُ الرّ۪يحَ تَجْر۪ي بِاَمْرِه۪ رُخَٓاءً حَيْثُ اَصَابَۙ
Sad/38:37 Şeytanları da, bənnalar və dalğıclar olaraq...
وَالشَّيَاط۪ينَ كُلَّ بَنَّٓاءٍ وَغَوَّاصٍۙ
Sad/38:38 Və zəncirlərlə bir-birinə bağlı gözləyən ehtiyatda olanları da...
وَاٰخَر۪ينَ مُقَرَّن۪ينَ فِي الْاَصْفَادِ
Sad/38:39 "Bu Bizim bəxşişimizdir! İstəyirsən ver, istəyirsən tut saxla, tükənməz."
هٰذَا عَطَٓاؤُ۬نَا فَامْنُنْ اَوْ اَمْسِكْ بِغَيْرِ حِسَابٍ