Sad - 38:52
Yanlarında gözlərinin içinə baxan yaşıdları vardır.
Cənnətdə hər kəsə həyat yoldaşı verilər:
Duxan/44:52
Bağçalar və bulaqlar içərisində.
Duxan/44:53
İpək və atlazdan geyimlər içində qarşı-qarşıya oturarlar.
Duxan/44:54
Bu belədir; onlara gözəl həmtaylar vermişik.
Tur/52:20
Düzülmüş taxtlara yaslanmışlar və onları gözəl eşlərlə birləşdirmişik.
Rahmən/55:56
Oralarda, daha öncə nə bir insan, nə də bir cin tərəfindən toxunulmamış, baxışlarını dikmiş eşlər vardır.
Vaqiə/56:22
Gözəl eşlər...
Vaqiə/56:23
Qorunmuş incilər kimi...
Vaqiə/56:24
Etdiklərinə qarşılıq olaraq.
Saffat/37:48
Yanlarında da, gözlərinin içinə baxan gözəl eşlər...
Saffat/37:49
Qorunmuş yumurtalar kimidirlər.
Ya sin/36:55
Cənnət əhli o gün zövq və əyləncə ilə məşğuldurlar.
Ya sin/36:56
Zövcələri ilə birlikdə kölgəliklərdə, taxtlara yaslanmışlar.
Nəbə/78:33
Gənc və yaşıd həyat yoldaşları...
Vaqiə/56:35
Biz qadınlara yenidən biçim verdik.
Vaqiə/56:36
Onları, gəncləşdirdik.
Vaqiə/56:37
Mükəmməl şəkildə qoşalanmışlar.
Rahmən/55:72
Çadırlara qapanmış gözəllər.
Rahmən/55:73
Rəbbinizin hansı nemətlərini yalanlaya bilərsiniz?
Rahmən/55:74
Daha öncə onlara nə insan, nə də cin toxunmamışdı.
Nisa/4:57
İman edib müttəqi davrananları isə içindən çaylar axan cənnətlərə (bağçalara) yerləşdirəcəyik; orada daimi qalarlar. Onlar üçün orada çox təmiz zövcələr var. Onları sərin kölgəliklərə daxil edəcəyik.
Ali İmran/3:15
De ki: “Bundan daha yaxşısını sizə xəbər verimmi? Müttəqilər üçün Rəblərinin yanında ağacları altından çaylar axan, içində sonsuzadək qalacaqları cənnətlər (bağçalar), tərtəmiz zövcələr və Allahın razılığını qazanmaqdan ötrü xoşbəxtlik vardır”. Allah qullarını görür.
Bəqərə/2:25
İman edib müttəqi davrananları, içlərində çaylar axan cənnətlərlə (bağçalarla) müjdələ. Onlara oradakı məhsullardan ruzilər verildiyində "Bu, daha öncə bizə verilən nemətlərdir," deyərlər. Beləcə, onlara məcazi oxşarlar (bənzətmələr) verilər. Onlar üçün orada tərtəmiz əşlər vardır və onlar orada əbədi qalıcıdırlar.
Sad/38:52
Yanlarında gözlərinin içinə baxan yaşıdları vardır.