Zumər - 39:12
"Və ən irəli dərəcədə müsəlman olmağım əmr edildi."
Allaha təslimiyyət (Müsəlman olmaq):
Həcc/22:78
Və Allah uğrunda lazımi cəhdi və fəaliyyəti göstərin. Odur sizi seçən. O, atanız İbrahimin yolu olan bu dini, sizin üçün çətin və ağır etmədi. Elçinin sizə şahid olması, sizin də insanlara şahid olmağınız üçün, sizi, daha öncə də, indi də "Müsəlmanlar=Təslim olanlar" olaraq adlandıran Odur. Namazı qoruyun, zəkatı verin və Allaha sarılın; Mövlanız (Sahibiniz) Odur. Nə gözəl Sahib və nə gözəl Yardımçıdır!
Rum/30:53
Koru da azğınlığından qurtarıb yola gətirə bilməzsən. Sən ancaq ayələrimizə iman edənlərə eşitdirə bilərsən ki, onlar dərhal təslim olarlar.
Saffat/37:102
Onunla birlikdə çalışma çağına yetişincə, "Oğlum, röyamda səni boğazlamalı olduğumu görürəm. Nə düşünürsən?" dedi. "Atacan, sənə əmr ediləni yerinə yetir. Allah istəyərsə, məni səbrli görəcəksən," dedi.
Saffat/37:103
Beləcə ikisi də təslim oldu və onu alnı üzərinə yıxdı.
Fussilət/41:33
Allaha tərəf çağıran, müttəqi davranan və "Mən təslim olanlardanam," deyəndən daha gözəl sözlü kim ola bilər?
Zuxruf/43:69
Ayələrimə iman edənlər və təslim olanlar,
Ənbiya/21:108
De ki, "Sizin tanrınızın tək bir tanrı olduğu mənə vəhy edilir. Artıq təslim olacaqsınızmı?"
Bəqərə/2:112
Doğrusu, kim yaxşılıq edərək özünü Allaha təslim edərsə, onun mükafatı Rəbbinin yanındadır; onlara qorxu yoxdur və onlar üzülməyəcəkdir.
Bəqərə/2:127
İbrahim, İsmail ilə birlikdə evin (Kəbənin) təməllərini yüksəldir: “Rəbbimiz, bizdən qəbul et, şübhəsiz Sən Eşidənsən, Bilənsən."
Bəqərə/2:128
"Rəbbimiz! İkimizi Sənə təslim olanlar (müsəlmanlar) et. Soyumuzdan da Sənə təslim olan bir topluluq çıxar. Bizə necə ibadət edəcəyimizi göstər, Sənə yönəlməmizi qəbul et, şübhəsiz Sən yönəlmələri qəbul edənsən, Rəhimsən."
Bəqərə/2:129
"Rəbbimiz, onların arasından, ayələrini onlara oxuyacaq, onlara kitabı və hikməti öyrədəcək və onları təmizləyəcək bir elçi göndər. Sən Ucasan, Hikmət Sahibisən."
Bəqərə/2:130
Özünü aldadandan başqası İbrahimin dinindən üz çevirməz. Onu bu dünyada seçdik, axirətdə də müttəqi kəslərdən olacaq.
Bəqərə/2:131
Rəbbi ona: “Təslim ol!”– dediyində, “Aləmlərin Rəbbinə təslim oldum!”– deyə qarşılıq vermişdi.
Bəqərə/2:132
İbrahim və daha sonra Yəqub bunu övladlarına öyüd-nəsihət etdi: “Övladlarım! Allah sizin üçün bu dini seçdi; müsəlman olaraq ölməyə diqqət edin."
Bəqərə/2:133
Yəqub can verərkən şahid olsaydınız. O, övladlarına: "Məndən sonra kimə qulluq edəcəksiniz?" - deyə soruşmuşdu. Onlar da, "Sənin Tanrın, ataların İbrahim, İsmail və İshaqın Tanrısı olan tək Tanrıya qulluq edəcəyik, biz Ona təslim olanlarıq," - demişdilər.
Bəqərə/2:136
“Allaha, bizə nazil edilənə, İbrahim, İsmail, İshaq, Yəqub və nəvələrinə nazil edilənlərə, Musaya, İsaya verilənə, və bütün peyğəmbərlərə Rəbbi tərəfindən verilənlərə iman etdik. Onların heç biri arasında fərq qoymarıq. Biz sadəcə Ona təslim olanlarıq,” - deyin.
Bəqərə/2:208
Ey iman edənlər! Tamamilə təslim olun. Şeytanın addımlarını izləməyin; çünki o sizin açıq-aşkar düşməninizdir.
Bəqərə/2:209
Sizə açıq-aşkar dəlillər gəlməsinə rəğmən doğru yoldan çıxsanız, bilin ki, Allah Üstündür, Hikmət Sahibidir.
Ali İmran/3:16
Onlar ki: “Rəbbimiz, biz iman etdik, günahlarımızı bağışla və bizi cəhənnəm əzabından qoru!”– deyərlər.
Ali İmran/3:17
Onlar səbr edənlərdir, doğru sözlülərdir, könüldən təslim olanlardır, insanlara yardım edənlər və səhərlər də bağışlanma diləyənlərdir.
Ali İmran/3:18
Allah, Özündən başqa tanrı olmadığına şəhadət edər; mələklər və ədaləti qoruyan elm sahibləri də... Ondan başqa tanrı yoxdur, Üstündür, Hikmət Sahibidir.
Ali İmran/3:19
Allah tərəfindən təsdiqlənən tək din , Təslim Olmaqdır (İslamdır). Kitab verilmiş olanlar, özlərinə bilik gəldikdən sonra sırf aralarındakı qısqanclıq üzündən anlaşmazlığa düşdülər. Allahın ayələrini inkar edənlər üçün Allah haqq-hesabı tez çəkər.
Ali İmran/3:20
Səninlə mübahisə edərlərsə, “Mən və ardımca gələnlər özümüzü Allaha təslim etdik," - de. Kitab verilənlərə və kitab verilməyənlərə (ümmilərə): “Təslim oldunuzmu?” - de. Təslim olarlarsa, doğrunu taparlar. Üz çevirərlərsə, görəvin sadəcə eşitdirməkdir. Allah qulları görür.
Ali İmran/3:83
Allahın dinindən başqasınımı axtarırlar? Halbuki göylərdə və yerdə kim varsa istər-istəməz Ona təslim olmuşdur və hamısı Ona döndəriləcəkdir.
Ali İmran/3:84
De ki: “Allaha, bizə nazil edilənə, İbrahimə, İsmailə, İshaqa, Yəquba və nəvələrinə nazil edilənə; Musaya, İsaya və peyğəmbərlərə Rəbləri tərəfindən verilənə iman etdik. Onların heç birinin arasında fərq qoymarıq və biz Ona təslim olanlarıq!”
Ali İmran/3:85
Kim İslamdan (Tanrıya təslim olmaqdan) başqa bir din axtararsa ondan qəbul edilməyəcək və o axirətdə ziyana uğrayanlardan olacaqdır.
Ali İmran/3:102
Ey iman edənlər! Allahı layiqincə dinləyin və müsəlmanlar (Tanrıya təslim olanlar) olaraq ölün.
Nisa/4:65
Xeyr! Rəbbinə and olsun ki, ixtilafa düşdüklərində səni aralarında münsif etmədikcə və verdiyin qərarı, qəlblərində bir inciklik duymadan qəbul etmədikcə və tam təslim olmadıqca iman etmiş olmazlar.
Nisa/4:125
Allaha təslim olaraq yaxşılıq edən və İbrahimin Təkallahlı (hənif) dininə tabe olandan daha gözəl bir dinə kim sahib ola bilər? Allah İbrahimi dost seçdi.
Maidə/5:111
Həvarilərə (tələbələrə): "Mənə və elçimə iman edin," - deyə vəhy etdiyimdə; "İman etdik, Bizim müsəlman (təslim) olmamıza şahid ol," - demişdilər.
Ənam/6:14
De: "Göyləri və yeri yoxdan Yaradan, hamını yedirən, Özü isə yeməkdən uzaq olan Allahdan başqa sahibmi qəbul edim?" De: "Mən, hər kəsdən öncə (Allaha) təslim olmaqla əmr olundum." Ortaq qoşmayın!
Ənam/6:71
De ki: "Allahdan başqa, bizə fayda və zərər verə bilməyənlərəmi yalvaraq? Allah bizi doğru yola yetişdirdikdən sonra dabanlarımız üzərində geriyəmi dönək? Şeytanların aldadıb yer üzündə çaşdırdığı və dostlarının, 'Gəl, bizimlə birlikdə doğru yola gəl' deyə çağırdıqları çaşqın bir kimsə kimi olaq?" De ki: "Gerçək yol göstərmə Allahın yol göstərməsidir. Bizə aləmlərin Rəbbinə təslim olmaq əmr edildi."
Ənam/6:125
Allah kimi doğru yola yetişdirmək istəyərsə, onun könlünü İslama (Tanrıya təslim olmağa) açar, kimi də azdırmaq istəyərsə köksünü, göyə yüksəlirmiş kimi dar və sıxıntılı edər. Allah iman etməyənləri bax bu cür pis vəziyyətə salar.
Ənam/6:162
De ki: "Namazım, ibadətlərim, həyatım və ölümüm aləmlərin Rəbbi olan Allah üçündür."
Ənam/6:163
"Onun ortağı yoxdur. Bununla görəvləndirildim və mən hər kəsdən öncə təslim oluram."
Yunus/10:83
Firon və əyanlarının işgəncə və təzyiqindən qorxduqları üçün Musaya, xalqından ancaq bir neçə nəfər iman etdi. Firon, yer üzündə həddi çox aşan bir tiran idi.
Yunus/10:84
Musa: "Ey xalqım, əgər gerçəkdən Allaha iman etmiş və Ona təslim olmuşsunuzsa (müsəlman olmuşsunuzsa) Ona güvənin."
Həcc/22:34
Onlara kənd təsərrüfatı heyvanlarını ruzi olaraq verməsindən ötrü, Allahın isimini xatırlamaları üçün, hər topluluğa ayrı bir ibadət forması müəyyən etdik. Tanrınız tək bir tanrıdır. Sadəcə Ona təslim olun. İtaət edənlərə müjdə ver.
Ənkəbut/29:46
Kitab əhli ilə, zalım olanları xaric ən gözəl bir tərzdə mübahisə edin və: "Bizə nazil edilənə iman etdik və sizə nazil edilənə də iman etdik. Bizim Tanrımız, sizin də Tanrınız birdir. Biz sadəcə Ona təslim olduq," deyin.
Rum/30:53
Koru da azğınlığından qurtarıb yola gətirə bilməzsən. Sən ancaq ayələrimizə iman edənlərə eşitdirə bilərsən ki, onlar dərhal təslim olarlar.
Əhzab/33:22
İman edənlər, partiyaları (müttəfiqləri) [hücuma hazır] görüncə, "Bax bu, Allahın və elçisinin bizə söz verdiyidir. Allah və elçisi doğru söyləmişdir," dedilər. Bu (təhlükəli vəziyyət), onların ancaq inanclarını və təslimiyyətlərini gücləndirdi.
Zumər/39:54
Rəbbinizə yönəlin və cəzaya məruz qalmadan öncə Ona təslim olun, yoxsa o zaman sizə yardım olunmaz.
Zumər/39:55
O əzab gözləmədiyiniz anda sizi qəflətən yaxalamamışdan öncə, Rəbbiniz tərəfindən sizə endirilən ən gözələ tabe olun.
Ğafir/40:66
De ki, "Mənə açıq-aydın dəlillər gəldikdən sonra, Allahla yanaşı yalvardıqlarınıza qulluq/xidmət etməkdən çəkindirildim və aləmin Rəbbinə təslim olmaqla əmr olundum."
Zuxruf/43:68
Qullarım, bu gün sizə qorxu yoxdur və üzülməyəcəksiniz.
Zuxruf/43:69
Ayələrimə iman edənlər və təslim olanlar,
Zuxruf/43:70
Siz və həmtaylarınız cənnətə girin; sevinc içində qarşılanacaqsınız.
Əhqaf/46:15
Biz insana ana-atasına yaxşılıq etməsini öyüd-nəsihət etdik. Anası onu zəhmətlə daşıyar, zəhmətlə doğar. Ana qarnında daşınması ilə süddən kəsilməsi otuz ay çəkər. Nəhayət yetkinlik yaşına çatınca və qırx yaşına yetişincə: "Rəbbim, mənə, anama və atama verdiyin nemətə şükür etməyə və razı olacağın faydalı işlər görməyə məni yönəlt. Mənim soyumu islah et. Mən tövbə edib, Sənə təslim olanlardanam," deməlidir.
Ali İmran/3:64
De ki, “Kitablılar! Bizimlə sizin aranızda eyni olan bir prinsipə gəlin: Allahdan başqasına qulluq etməyək və Ona heç bir şeyi ortaq qoşmayaq, birimiz digərini Allahdan sonra Rəblər qəbul etməsin." Qəbul etməzlərsə, "Şahid olun, biz müsəlmanlarıq!" - deyin.
Ğafir/40:66
De ki, "Mənə açıq-aydın dəlillər gəldikdən sonra, Allahla yanaşı yalvardıqlarınıza qulluq/xidmət etməkdən çəkindirildim və aləmin Rəbbinə təslim olmaqla əmr olundum."
Zumər/39:11
De ki, "Dini yalnız Allaha xas edərək, Ona qulluq/xidmət etməklə əmr edildim."
Zumər/39:12
"Və ən irəli dərəcədə müsəlman olmağım əmr edildi."
Ali İmran/3:80
Və sizə, mələkləri və peyğəmbərləri rəblər qəbul etməyinizi də əmr etməz. Siz müsəlman olduqdan sonra, sizə heç inkar etməyi əmr edərmi?
Yunus/10:90
İsrail oğullarını dənizdən keçirtdik. Firon və onun ordusu isə küstahca və düşməncə arxalarına düşdü. Boğulmaq üzrə ikən, "İsrail oğullarının iman etdiyindən başqa tanrı olmadığına iman etdim, mən müsəlmanam," dedi.
Hud/11:14
Sizə cavab verə bilmədilərsə, biləsiniz ki, o Allahın bilgisi ilə nazil edilmişdir və Ondan başqa tanrı yoxdur. Artıq müsəlman olacaqsınızmı?
Ənbiya/21:108
De ki, "Sizin tanrınızın tək bir tanrı olduğu mənə vəhy edilir. Artıq təslim olacaqsınızmı?"