Zumər - 39:29
Allah, ziddiyyətli ortaqlara sahib olan bir adam ilə, tək bir nəfərə bağlı olan adamın örnəyini verir. Bu ikisinin vəziyyəti heç eyni ola bilərmi? Tərif Allahadır. Ancaq çoxları bilməz.
Allahdan başqa tanrılar olsaydı, bir-birləri ilə mübahisə edərdilər:
Ənbiya/21:22
O ikisində (göylər və yerdə) Allahdan başqa tanrılar olsaydı, ikisi də fəsada uğrayardı. Mütləq hökmranlığın sahibi Allah onların vəsflərindən çox uzaqdır.
Muminun/23:91
Allah övlad götürməmişdir. Onunla bərabər bir tanrı da yoxdur. Əks təqdirdə hər tanrı yaratdığı şeylərlə birlikdə heç kimdən asılı olmadığını elan edərək hakimiyyət üçün bir-biri ilə mübahisəyə girərdi. Allah, onların isnad etdikləri şeylərdən çox uzaqdır.
Loğman/31:30
Çünki Allah gerçəkdir. Ondan başqa çağırdıqları batildir və Allah Ən Uca və Ən Böyükdür.