Zumər - 39:59 Bəli, sənə ayə və möcüzələrim gəldi, fəqət sən onları yalanladın, təkəbbürləndin və inkar edənlərdən oldun.
Sənə ayə və möcüzələrim gəldi, sən yalanladın: Əlaqəli
Mulk/67:8 Az qala öfkədən partlayacaq! İçinə hər nə zaman bir qrup atılsa, oranın gözətçiləri, "Sizə bir xəbərdar edici gəlmədimi?" deyə soruşdular.
Mulk/67:9 Onlar da dedilər ki, "Bəli, bizə bir xəbərdar edici gəlmişdi, amma biz yalanladıq və 'Allah heç bir şey nazil etməmişdir. Siz tamamilə yoldan çıxmışsınız', dedik."

Ənam/6:130 Ey cin və insan topluluğu, sizə, ayələrimi anlatan və bu günlə qarşılaşmağınız haqqında sizə içinizdən xəbərdarlıq edən elçilər gəlmədimi? "Öz əleyhimizə şahidik," dedilər. Dünya həyatı onları aldatdı və inkarçı olduqlarına dair özləri öz əleyhlərində şahidlik etdilər.

Zumər/39:58 Yaxud əzabı gördüyü an, "Kaş ki, əlavə ikinci şansım olsaydı, gözəl davrananlardan olsaydım," deməsin.
Zumər/39:59 Bəli, sənə ayə və möcüzələrim gəldi, fəqət sən onları yalanladın, təkəbbürləndin və inkar edənlərdən oldun.

Fatir/35:37 Orada, "Rəbbimiz, bizi çıxart ki, etdiklərimizdən fərqli işlər edək," deyə fəryad edərlər. Öyüd alabiləcək bir nəfərin öyüd alabiləcəyi qədər uzun bir müddət sizi yaşatmadıqmı? Sizə xəbərdarlıq edən də gəlmişdi. Elə isə dadın. Zalımların yardımçısı yoxdur.