Zumər - 39:67
Allahı layiqincə dəyərləndirmədilər. Halbuki, Dirilmə Günü, bütün yer Onun Ovucu içindədir, göylər də Onun sağ əlində dürmələnmişdir. O Ucadır və onların ortaq qoşduqlarından çox Üstündür.
Dünyanın sonunda göyün vəziyyəti:
Ənbiya/21:104
O gün göyü sənədlərin büküldüyü kimi qatlayar. Yaradılışın ilk vəziyyətini necə başlatmışıqsa ona çevirərik. Üzərimizə söz; Biz mütləq gerçəkləşdirərik.
يَوْمَ نَطْوِي السَّمَٓاءَ كَطَيِّ السِّجِلِّ لِلْكُتُبِۜ كَمَا بَدَأْنَٓا اَوَّلَ خَلْقٍ نُع۪يدُهُۜ وَعْداً عَلَيْنَاۜ اِنَّا كُنَّا فَاعِل۪ينَ
Furqan/25:25
Göyün bulud kütlələri halında parçalanacağı və mələklərin cəm halda endirildiyi gün,
وَيَوْمَ تَشَقَّقُ السَّمَٓاءُ بِالْغَمَامِ وَنُزِّلَ الْمَلٰٓئِكَةُ تَنْز۪يلاً
Zumər/39:67
Allahı layiqincə dəyərləndirmədilər. Halbuki, Dirilmə Günü, bütün yer Onun Ovucu içindədir, göylər də Onun sağ əlində dürmələnmişdir. O Ucadır və onların ortaq qoşduqlarından çox Üstündür.
وَمَا قَدَرُوا اللّٰهَ حَقَّ قَدْرِه۪ۗ وَالْاَرْضُ جَم۪يعاً قَبْضَتُهُ يَوْمَ الْقِيٰمَةِ وَالسَّمٰوَاتُ مَطْوِيَّاتٌ بِيَم۪ينِه۪ۜ سُبْحَانَهُ وَتَعَالٰى عَمَّا يُشْرِكُونَ
Rahmən/55:37
Göy parçalanıb, yağ kimi əridiyi və qırmızı bir gülə çevrildiyi zaman...
فَاِذَا انْشَقَّتِ السَّمَٓاءُ فَكَانَتْ وَرْدَةً كَالدِّهَانِۚ
Muzzəmmil/73:17
Bəs, inkar edərsinizsə, uşaqların saçlarını ağardan bir gündən necə qorunarsınız?
فَـكَيْفَ تَتَّقُونَ اِنْ كَفَرْتُمْ يَوْماً يَجْعَلُ الْوِلْدَانَ ش۪يباًۗ
Muzzəmmil/73:18
Göy belə ondan ötrü yarılar. Onun sözü gerçəkləşər.
اَلسَّمَٓاءُ مُنْفَطِرٌ بِه۪ۜ كَانَ وَعْدُهُ مَفْعُولاً
Nəbə/78:18
Sura üfürüldüyü gün, hamınız dəstə-dəstə gələrsiniz.
يَوْمَ يُنْفَخُ فِي الصُّورِ فَتَأْتُونَ اَفْوَاجاًۙ
İnfitar/82:5
Hər kəs, etdiyini və etmədiyini öyrənəcəkdir.
عَلِمَتْ نَفْسٌ مَا قَدَّمَتْ وَاَخَّرَتْۜ