Ali İmran - 3:101
Allahın ayələri sizə oxunduğu və Onun elçisi aranızda olduğu halda, necə olur ki, inkar edirsiniz? Kim Allaha sarılarsa, ən doğru yola yönəldilmişdir.
Kitab əhli Muhəmmədin (ə.s) Allahın elçisi olduğunu Tövrat və İncildən bilirlər:
Muminun/23:69
Yoxsa, onlara göndərilən elçini tanımadıqları üçünmü onu inkar edirlər?
Əraf/7:157
Həqiqətən onlar (vaxtı gəlincə) yanlarındakı Tövrat və İncildə yazılı gördükləri o elçini, o ümmi (Tövrat və İncil oxumamış) peyğəmbəri izləyərlər. (O Peyğəmbər) onlara yaxşılığı əmr edər və onları pislikdən çəkindirər; onlara gözəl şeyləri halal, pis şeyləri də haram edər; üzərlərindəki ağırlıqları və onların buxovlarını qaldırıb atar. Ona iman edənlər, ona ehtiram edənlər, ona yardım edənlər, onunla birlikdə nazil edilən nuru izləyənlər uğur qazananlardır.
İsra/17:107
De ki: "Ona istər iman edin, istər iman etməyin!" Daha öncə özlərinə bilgi verilənlərə oxunduğu zaman səcdə edərək üzüstə qapanırlar.
İsra/17:108
"Rəbbimiz Ucadır. Rəbbimizin sözü gerçəkləşmişdir!" deyərlər.
Saff/61:6
Bir vaxt İsa, xalqına, "Ey İsrail oğulları, mən, sizə göndərilmiş Allahın bir elçisiyəm. Məndən öncəki Tövratı təsdiqləyici və məndən sonra gələcək və ismi daha çox təriflənən bir elçini müjdələyirəm." Sonra onlara açıq-aşkar dəlilləri göstərdiyində, "Bu açıq-aşkar bir sehrdir," dedilər.