Ali İmran - 3:107 Üzləri ağ olan kəslər isə Allahın rəhməti içindədir. Orada sürəkli qalarlar.
Üzləri ağaranlar; cənnət əhli:
Yunus/10:26 Gözəl davrananlara daha artığı vardır. Üzlərini nə bir məhrumiyyət, nə də bir alçalma hissi bürüyər. Onlar cənnət əhlidir. Orada əbədi qalacaqlar.
لِلَّذ۪ينَ اَحْسَنُوا الْحُسْنٰى وَزِيَادَةٌۜ وَلَا يَرْهَقُ وُجُوهَهُمْ قَتَرٌ وَلَا ذِلَّةٌۜ اُو۬لٰٓئِكَ اَصْحَابُ الْجَنَّةِۚ هُمْ ف۪يهَا خَالِدُونَ



Mutaffifin/83:24 Üzlərindən nemətlərin sevinc və parıltısını oxuyarsan.
تَعْرِفُ ف۪ي وُجُوهِهِمْ نَضْرَةَ النَّع۪يمِۚ