Ali İmran - 3:117
Bu dünya həyatındakı xərcləmələri, öz-özlərinə zülm edən bir topluluğun əkinini vurub məhv edən dondurucu bir külək kimidir. Allah onlara zülm etmədi; fəqət onlar öz-özlərinə zülm edirdilər.
Bəhs edilən topluluq, əkinlərindən heç bir yoxsula pay vermək istəməyərək öz nəfslərinə zülm edən və bunun qarşılığı olaraq əkinləri bir fırtına ilə məhv edilən topluluqdur:
Qaləm/68:17
Onları sınadıq; eyni bağça sahiblərini sınadığımız kimi. Səhər vaxtı dərib-toplayacaqlarına and içmişdilər.
Qaləm/68:18
Bundan heç bir şübhələri yox idi.
Qaləm/68:19
Onlar yuxuda ikən Rəbbin tərəfindən göndərilən bir ziyarətçi (fırtına) bağçalarını ziyarət etdi.
Qaləm/68:20
Və bağça meyvəsiz qalmışdı.
Qaləm/68:21
Səhər vaxtı bir-birlərinə səsləndilər:
Qaləm/68:22
"Dərib-toplayacaqsınızsa, haydı əkinlərinizə erkən gedin."
Qaləm/68:23
Elə bu vaxt yola çıxdılar, aralarında danışırdılar.
Qaləm/68:24
"Diqqətli olun, bu gün heç bir yoxsul oraya yanınıza girməsin."
Qaləm/68:25
Nəticədən əmin bir halda erkən yetişdilər.
Qaləm/68:26
Fəqət bağçanı görüncə, "Biz yolu çaşmışıq," dedilər.
Qaləm/68:27
"Xeyr, doğrusu biz yoxsul buraxıldıq."
Qaləm/68:28
Ortancıları (müttəqiləri), "Mən sizə demədimmi? Rəbbinizi ucaltmanız lazım deyildimi?" dedi.
Qaləm/68:29
Dedilər ki, "Rəbbimiz Ucadır, Biz zalımlar imişik."