Ali İmran - 3:128 Tövbələrini qəbul etməsi və ya işlədikləri zülmə görə onları cəzalandırmasının sənə aidiyyəti yoxdur.
Kimlər cəhənnəm əhlidir?
Bəqərə/2:275 Sələm (riba) yolu ilə para (pul) yeyənlər, şeytanın çarpdığı kimsə kimi ayağa qalxarlar. Bu, onların, “Sələm (riba) alış-veriş kimidir,”– demələrinə görədir. Halbuki, Allah alış-verişi halal, sələmçiliyi (ribanı) isə haram etdi. Kimə Rəbbindən bir öyüd gələndən sonra vaz keçərsə, keçmişdə qazandıqlarını saxlaya bilər; işi də Allaha qalmışdır. Davam edənlər isə cəhənnəm xalqıdır və orada sürəkli qalarlar.

Maidə/5:10 İnkar edib ayə və möcüzələrimizi yalanlayanlar isə, onlar cəhənnəm əhlidir.
Maidə/5:86 İnkar edib ayə və möcüzələrimizi yalanlayanlar isə cəhənnəm əhlidir.

Fatir/35:5 Ey insanlar! Allahın sözü gerçəkdir; Dünya həyatı sizi aldatmasın. Aldadıcı, sizi Allah haqqında aldatmasın.
Fatir/35:6 Şeytan sizin düşməninizdir, siz də onu düşmən sayın. O partiyasını (öz tərəfdarlarını) sadəcə cəhənnəm əhli olmağa çağırır.

Ğafir/40:6 Rəbbinin, "Onlar cəhənnəmin xalqıdır," deyə inkar edənlər haqqında verdiyi sözü beləcə gerçəkləşir.

Hədid/57:19 Allaha və elçisinə iman edənlər, ən doğru olanlar və şəhidlərdir. Rəbləri qatında onlar üçün mükafatları və nurları vardır. İnkar edib ayələrimizi yalanlayanlar isə cəhənnəm əhlidir.

Mucadilə/58:16 Andlarını qalxan edərək Allahın yolundan azdırdılar. Onlar alçaldıcı bir əzaba layiqdirlər.
Mucadilə/58:17 Nə paraları (pulları), nə də övladları, onları Allahdan qurtara bilməyəcəkdir. Onlar cəhənnəm əhlidirlər və orada əbədi qalıcıdırlar.

Həşr/59:19 Allahı unutduqları üçün, Onun da özlərini özlərinə unutdurduğu kimsələr kimi olmayın. Onlar yoldan çıxmışlardır.
Həşr/59:20 Cənnət əhli ilə Cəhənnəm əhli eyni ola bilməz; qazananlar ancaq cənnət əhlidir.

Cinn/72:15 Kompromislərə gəlincə, cəhənnəmə odun olmuşdurlar.

Ənfal/8:1 Səndən savaş qənimətləri haqqında soruşurlar. De ki: "Qənimətlər Allahın və Elçisinindir." Allahı dinləyin, aranızı düzəldin. İman edirsinizsə, Allaha və Elçisinə tabe olun.

Ali İmran/3:161 Bir peyğəmbər qənimət mallarından haqqından artığını ala bilməz. Kim haqqından artığını alarsa dirilmə günü o artıq götürdüyü ilə gələr. Sonra hər kəsə qazandığının qarşılığı tam ödənər və haqsızlığa uğradılmazlar.