Ali İmran - 3:190
Göylərin və yerin yaradılışında, gecənin və gündüzün bir-birilə yer dəyişdirməsində, Anlayış sahiblərinə ayələr vardır.
Quranda gecə nə zaman başlayır?
Ənam/6:76
Gecənin qaranlığı onu bürüdükdə o, bir planet gördü, "Bu mənim Rəbbimdir!" dedi. Batınca, "Mən batanları sevmirəm," dedi.
Ya sin/36:37
Gecə də onlar üçün bir ayədir: Ondan gündüzü sıyırıb çəkərik və onlar qaranlıqda qalarlar.
Leyl/92:1
And olsun bürüdüyü zaman gecəyə,
Leyl/92:2
Ortaya çıxdığı zaman gündüzə,
Rad/13:10
Sözü istər gizləyin, istər açıqlayın, istər gecənin qaranlığında gizlənin, istər gündüz vaxtı ortaya çıxın, Onun üçün eynidir.
İsra/17:78
Günəşin əyilməsindən gecənin qaralmasına qədər namazı qoru. Səhər Quranını da qoru. Səhər vaxtı Quran (oxuması) şahid olunur.
İnşiqaq/84:16
And olsun axşamın qırmızılığına,
İnşiqaq/84:17
Gecənin topladığına,
Təkvir/81:17
And olsun qaralmağa başlayan gecəyə,