Ali İmran - 3:191 O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı xatırlayarlar. Göylərin və yerin quruluşu və yaradılışı haqqında düşünərlər: “Rəbbimiz, Sən bunları boş yerə yaratmadın, Sən ucasan, bizi atəş əzabından qoru!"
Allah göyləri və yeri boş yerə yaratmamışdır:
Nəhl/16:3 Göyləri və yeri gerçək ilə yaratdı. Onların ortaq qoşduqları şeylərdən Ucadır.
خَلَقَ السَّمٰوَاتِ وَالْاَرْضَ بِالْحَقِّۜ تَعَالٰى عَمَّا يُشْرِكُونَ

Ənbiya/21:16 Göylər, yer və aralarındakıları oyun-əyləncə üçün yaratmadıq.
وَمَا خَلَقْنَا السَّمَٓاءَ وَالْاَرْضَ وَمَا بَيْنَهُمَا لَاعِب۪ينَ
Ənbiya/21:17 Bir əyləncə etmək istəsəydik, onu Öz qatımızda edərdik. Bəli, belə bir işi istəsəydik!
لَوْ اَرَدْنَٓا اَنْ نَتَّخِذَ لَهْواً لَاتَّخَذْنَاهُ مِنْ لَدُنَّاۗ اِنْ كُنَّا فَاعِل۪ينَ

Sad/38:27 Göyü, yeri və aralarındakıları boş yerə yaratmadıq. Bu, inkar edənlərin zənnidir. Özlərini atəşə soxduqları üçün inkar edənlərə təəssüflər olsun.
وَمَا خَلَقْنَا السَّمَٓاءَ وَالْاَرْضَ وَمَا بَيْنَهُمَا بَاطِلاًۜ ذٰلِكَ ظَنُّ الَّذ۪ينَ كَفَرُواۚ فَوَيْلٌ لِلَّذ۪ينَ كَفَرُوا مِنَ النَّارِۜ

Duxan/44:38 Göylər, yer və aralarındakıları oyun-əyləncə üçün, yaratmadıq Biz.
وَمَا خَلَقْنَا السَّمٰوَاتِ وَالْاَرْضَ وَمَا بَيْنَهُمَا لَاعِب۪ينَ
Duxan/44:39 Biz onları ancaq bəlli bir məqsədə görə yaratdıq. Halbuki onların çoxu bilməz.
مَا خَلَقْنَاهُمَٓا اِلَّا بِالْحَقِّ وَلٰكِنَّ اَكْثَرَهُمْ لَا يَعْلَمُونَ