Ali İmran - 3:25 Hər kəsə qazandığının qarşılığı haqsızlıq edilmədən ödənəcəyi, gerçəkləşməsində şübhə olmayan o gün üçün onları topladığımızda halları necə olacaq?
Allah hər kəsi toplu halda dirildir:
Loğman/31:28 Hamınızın yaradılışı və dirilməsi bir tək nəfərinki kimidir. Allah Dinləyəndir, Görəndir.
مَا خَلْقُكُمْ وَلَا بَعْثُكُمْ اِلَّا كَنَفْسٍ وَاحِدَةٍۜ اِنَّ اللّٰهَ سَم۪يعٌ بَص۪يرٌ

Kəhf/18:47 Dağları silib götürdüyümüz və yeri çılpaq buraxdığımız gün onları toplayarıq; bir dənəsini belə buraxmadan.
وَيَوْمَ نُسَيِّرُ الْجِبَالَ وَتَرَى الْاَرْضَ بَارِزَةًۙ وَحَشَرْنَاهُمْ فَلَمْ نُغَادِرْ مِنْهُمْ اَحَداًۚ

Duxan/44:40 Hamısı Qərar Günü toplu şəkildə cəmlənəcəklər.
اِنَّ يَوْمَ الْفَصْلِ م۪يقَاتُهُمْ اَجْمَع۪ينَۙ

Mucadilə/58:6 Gün gələr Allah onları toplu şəkildə dirildər və sonra etmiş olduqlarını özlərinə xəbər verər. Onlar, unutduqları halda, Allah onları hesaba almışdır. Və Allah hər şeyə Şahiddir.
يَوْمَ يَبْعَثُهُمُ اللّٰهُ جَم۪يعاً فَيُنَبِّئُهُمْ بِمَا عَمِلُواۜ اَحْصٰيهُ اللّٰهُ وَنَسُوهُۜ وَاللّٰهُ عَلٰى كُلِّ شَيْءٍ شَه۪يدٌ۟