Ali İmran - 3:26
De ki: “Hökmdarların Hökmdarı olan Tanrım, hökmdarlığı istədiyinə verər, istədiyini də hökmdarlığdan endirərsən. İstədiyini yüksəldər, istədiyini də alçaldarsan. Bütün yaxşılıqlar Sənin əlindədir. Sən her şeyə gücü yetənsən!"
Allah istədiyini yüksəldir (Dünyada):
Bəqərə/2:253
O elçilərin bəzisinə digərlərindən daha çox lütf göstərdik. Örnək olaraq, bəziləriylə Allah danışdı, bəzilərini də dərəcələrlə yüksəltdi. Məryəm oğlu İsaya açıq-aşkar dəlillər verdik və onu Müqəddəs Ruh ilə dəstəklədik. Allah istəsəydi, onların ardından gələnlər onlara açıq-aşkar dəlillər gəldikdən sonra bir-birləri ilə vuruşmazdılar. Fəqət ixtilafa düşdülər. Bəzisi iman etdi, bəzisi inkar etdi. Allah istəsəydi, bir-biriləri ilə savaşmazdılar. Fəqət, Allah istədiyini edər.
Ənam/6:80
Xalqı onunla mübahisə etdi. "Məni doğruya yönəltdiyi halda, mənimlə hələ də Allah haqqında mübahisəmi edirsiniz? Rəbbim bir şey diləmədikcə sizin ortaq qoşduqlarınızdan qorxmuram... Rəbbim biliyi ilə hər şeyi əhatə etmişdir. Öyüd almırsınız?"
Ənam/6:81
"Allahın, özləri haqqında sizə heç bir dəlil vermədiklərini, Ona ortaq qoşmaqdan qorxmadığınız halda mən necə ola bilər ki, sizin ortaq qoşduqlarınızdan qorxa bilərəm? Hansı tərəf təhlükəsizliyə daha çox layiqdir? Bir bilsəniz!"
Ənam/6:82
İman edənlər və imanlarını bir zülmlə bulaşdırmayanlar güvənliyə layiqdirlər və onlar doğruya yönələnlərdir.
Ənam/6:83
Bunlar, xalqına qarşı istifadə etməsi üçün İbrahimə verdiyimiz mübahisə üsuludur. İstədiyimizi dərəcələrlə yüksəldərik. Rəbbin Hikmət sahibidir, Biləndir.
Yusuf/12:76
(Yusuf) qardaşının yükündən öncə onların yüklərindən başladı və sonra su qabını qardaşının yükündən çıxartdı. Biz Yusufa belə bir planı öyrətmişdik. Kralın qanununu tətbiq etsəydi qardaşını saxlaya bilməzdi; Allah istəsə başqa. İstədiyimizi dərəcələrlə yüksəldərik. Hər bilənin üstündə daha yaxşı bir bilən vardır.
Ğafir/40:15
Dərəcələri Yüksəldən, Hökmranlığın Sahibi. Görüşmə Gününə qarşı xəbərdar etsin deyə qullarından istədiyinə, əmrlərini əhatə edən vəhyini nazil edir.
Mucadilə/58:11
Ey iman edənlər, toplantılarda sizə: "Yer açın" deyildiyində yer açın ki, Allah da sizə yer açsın. Sizə, "Qalxın" deyildiyində qalxın ki, Allah da içinizdəki iman edənləri və özlərinə bilgi verilənləri dərəcələrlə yüksəltsin. Allah bütün etdiklərinizdən xəbərdardır.