Ali İmran - 3:26 De ki: “Hökmdarların Hökmdarı olan Tanrım, hökmdarlığı istədiyinə verər, istədiyini də hökmdarlığdan endirərsən. İstədiyini yüksəldər, istədiyini də alçaldarsan. Bütün yaxşılıqlar Sənin əlindədir. Sən her şeyə gücü yetənsən!"
Allah istədiyini yüksəldir (Axirətdə):
İsra/17:21 İnsanları bir-birindən necə üstün etdiyimizə diqqət et. Axirətin dərəcələri və üstünlükləri daha böyükdür.

Ta ha/20:75 İman etmiş və müttəqi bir həyat sürmüş olaraq Ona gələnlər isə, yüksək dərəcələrə layiqdirlər.
Ta ha/20:76 Ədn bağçaları ki, altından çaylar axar. Orada əbədi qalacaqlar. Təmizlənənlərin mükafatı bax belədir.

Məryəm/19:56 Kitabda İdrisi xatırla. O peyğəmbər olan bir doğruçu idi

İsra/17:79 Bir də əlavə olaraq gecə vaxtı meditasiyada ol ki, Rəbbin səni şərəfli bir məqama yüksəltsin.

Nisa/4:125 Allaha təslim olaraq yaxşılıq edən və İbrahimin Təkallahlı (hənif) dininə tabe olandan daha gözəl bir dinə kim sahib ola bilər? Allah İbrahimi dost seçdi.

Yunus/10:2 Özlərindən bir adama: "İnsanları xəbərdar et və iman edənlərə Rəbləri qatında önəmli bir yerə sahib olduqlarını müjdələ," deyə vəhy etməmiz insanlara qəribəmi gəlir? İnkar edənlər, "Bu, açıq-aşkar bir sehrbazdır," dedilər.