Ali İmran - 3:30 Gün gələcək, hər kəs etdiyi hər yaxşılığı önündə hazır görəcək. İşlədiyi hər pislik ilə özü arasında uzun bir məsafə olmasını istəyəcək. Allah Özü haqqında sizə xəbərdarlıq edir. Allah qullara şəfqətlidir.
Allah işlədikləri zülmə rəğmən insanlara qarşı bağışlayıcıdır:
Bəqərə/2:51 Musa ilə qırx gecə üçün sözləşmişdik. Ancaq siz onun ardından özünüzə zülm edərək buzova qulluq/xidmət etdiniz.
Bəqərə/2:52 Buna rəğmən, şükür edərsiniz deyə sizi əfv etdik.

Nisa/4:153 Kitab əhli, sənin onlara göydən bir kitab endirməyini istəyir. Musadan, bunun daha böyüyünü istəmiş və, "Bizə Allahı fiziki olaraq göstər,” – demişdilər. Bu cür həddi aşmalarından ötrü onları ildırım vurdu. Onlara açıq-aşkar dəlillər gəlməsinə rəğmən buzova qulluq/xidmət etdilər. Onları yenə əfv etdik və Musaya da açıq-aşkar bir səlahiyyət verdik.

Nəhl/16:61 Allah zülmlərinə görə insanları cəzalandırsaydı, orada bir məxluq buraxmazdı; lakin onları bəlli bir vaxta qədər təxirə salar. Vaxtlarının sonu gəldiyi zaman da nə bir saat önə alınarlar, nə də təxirə salınarlar.

Şura/42:34 Yaxud, etdikləri üzündən onları məhv edər. Bunun yerinə bir çoxunu da bağışlayar.

Fatir/35:45 Allah insanları etdiklərinə görə cəzalandırsaydı, yer üzündə heç bir məxluq buraxmazdı. Fəqət, onları bəlli bir müddətə qədər təxirə salmaqdadır. Nə zaman ki, müddətləri bitər, bax o zaman Allah qullarının (hesabını) görər.

Rad/13:6 Yaxşılıq istəyəcəklərinə, başlarına dərhal bir fəlakət gətirməni istəyərlər; halbuki onlardan öncə örnəklər gəlib keçdi. Rəbbin işlədikləri zülmə rəğmən insanlara qarşı bağışlayandır. Rəbbinin əzabı çətindir.