Ali İmran - 3:40 "Rəbbim, mən yaşlı və arvadım sonsuz ikən mənim necə oğlum ola bilər?” - deyincə, O, “Bəli; amma Allah istədiyini edər” - dedi.
Allah istədiyini edəndir:
Bəqərə/2:117 Göyləri və yeri yoxdan icad edəndir. Bir işin olmasını istəyərsə, ona sadəcə: “Ol!”– deyər və olar.

Ali İmran/3:59 Allaha görə İsanın örnəyi, Adəmin örnəyi kimidir; torpaqdan forma verdikdən sonra ona "Ol," - dedi və o da oldu.

Ənam/6:73 Göyləri və yeri yaradan Odur. "Ol," dediyi gün dərhal olar. Sözü mütləq doğrudur. Boruya üfürüldüyü gün hökmranlıq bütünüylə Onundur. Gizli və aşkar olanı Biləndir. O, Hikmət sahibidir, Xəbərdardır.

Nəhl/16:40 Bir şeyin olmasını istədiyimiz zaman ona sadəcə: "Ol!" deyirik və o da olur.

Məryəm/19:35 Allaha bir övlad isnad etməkdən söhbət gedə bilməz. O bundan uzaqdır. Bir işi istədimi, ona sadəcə "Ol," deyər, o da olar.

Ənbiya/21:23 O (Allah), etdiyindən sorğu-sual olunmaz; fəqət onlar sorğu-sual olunar.
Ənbiya/21:23 O (Allah), etdiyindən sorğu-sual olunmaz; fəqət onlar sorğu-sual olunar.

Həcc/22:14 Allaha iman edib müttəqi davrananları, içində çaylar axan Cənnətlərə daxil edər. Allah istədiyini edər.
Həcc/22:18 Göylərdə və yerdə olan kimsələrin, günəşin, ayın, ulduzların, dağların, ağacların, heyvanların və insanlardan bəzisinin Allaha səcdə etdiklərini (boyun əydiklərini) görmürsənmi? Bir çoxu da əzaba layiq görülmüşdür. Allahın alçaltdığını kimsə şərəfli edə bilməz. Allah istədiyini edər.

Ya sin/36:82 Bir şeyi istədiyi zaman, ona sadəcə "Ol!" deyər və o da dərhal olar.

Ğafir/40:68 Odur yaşadan və öldürən. Bir işin olmasını istəyərsə, ona sadəcə: “Ol!”– deyər və olar.