Ali İmran - 3:40
"Rəbbim, mən yaşlı və arvadım sonsuz ikən mənim necə oğlum ola bilər?” - deyincə, O, “Bəli; amma Allah istədiyini edər” - dedi.
Yəhyanın (ə s) müjdələnməsinin təfsilatı:
Məryəm/19:2
Bu, Rəbbinin, qulu Zəkəriyyaya olan rəhmətinin xatırlanmasıdır.
Məryəm/19:3
Rəbbinə gizli bir yalvarışla səslənmişdi,
Məryəm/19:4
"Rəbbim, vücudumdakı sümük zəiflədi, başım da ağappaq ağarmışdı. Rəbbim, Sənə yalvardığımda, heç bir vaxt naümid olmadım."
Məryəm/19:5
"Mənə tabe olanların məndən sonrakı halından narahat oluram. Arvadım da qısırdır. Qatından mənə bir varis bağışla."
Məryəm/19:6
"Mənə və Yəqub soyuna varis olsun. Rəbbim, onu bəyəndiyin biri et."
Məryəm/19:7
"Zəkəriyya, sənə bir oğul müjdələyirik. İsmi Yəhyadır. Onun kimisini daha öncə yaratmadıq."
Məryəm/19:8
"Rəbbim, mənim necə bir oğlum ola bilər? Arvadım qısır, mən isə həddən artıq yaşlıyam," dedi.
Məryəm/19:9
"Bəli elədir, (lakin) Rəbbin, 'O iş Mənim üçün asandır. Daha öncə səni yaratmışdım və sən heç bir şey deyildin' deyir."
Məryəm/19:10
"Rəbbim, mənə bir işarət ver," dedi. "Sənin işarətin, bir-birinin ardınca üç gecə boyunca insanlarla danışmamandır."
Məryəm/19:11
Məbəddən insanların arasına çıxdı və, "Onu (Allahı) səhər-axşam düşünüb xatırlayın," deyə onlara işarətlə bildirdi.
Məryəm/19:12
"Yəhya, kitaba yaxşıca sarıl." Uşaq yaşda ikən ona hikmət vermişdik.
Məryəm/19:13
Əlavə olaraq qatımızdan bir şəfqət və dürüstlük... Müttəqi biri idi.
Məryəm/19:14
Ana-atasına qarşı yaxşı davranırdı, əsla zorakılıq edən (dikbaş) və üsyankar olmadı.
Məryəm/19:15
Doğulduğu gün, öləcəyi gün və diri olaraq qaldırılacağı gün ona salam olsun!