Ali İmran - 3:44 Bunlar, sənə vəhy etdiyimiz qeyb xəbərlərindəndir. Məryəmə hansı kəfil olacaq deyə püşk atdıqları zaman sən onların yanında deyildin; mübahisə etdikləri zaman da sən onların yanında deyildin.
İsrail oğulları İsanın (ə.s) kimliyi haqqında mübahisə etdilər; çünki İsrail oğulları özlərindən birinə nazil edilmədikcə, kitabı və peyğəmbərləri rədd edirdilər:
Ali İmran/3:19 Allah tərəfindən təsdiqlənən tək din , Təslim Olmaqdır (İslamdır). Kitab verilmiş olanlar, özlərinə bilik gəldikdən sonra sırf aralarındakı qısqanclıq üzündən anlaşmazlığa düşdülər. Allahın ayələrini inkar edənlər üçün Allah haqq-hesabı tez çəkər.
اِنَّ الدّ۪ينَ عِنْدَ اللّٰهِ الْاِسْلَامُ۠ وَمَا اخْتَلَفَ الَّذ۪ينَ اُو۫تُوا الْكِتَابَ اِلَّا مِنْ بَعْدِ مَا جَٓاءَهُمُ الْعِلْمُ بَغْياً بَيْنَهُمْۜ وَمَنْ يَكْفُرْ بِاٰيَاتِ اللّٰهِ فَاِنَّ اللّٰهَ سَر۪يعُ الْحِسَابِ
Ali İmran/3:73 "Sizin dininizə uyandan başqasına inanmayın." Sən də onlara: "Hidayət Allahın hidayətidir", de. "Sizə verilənin bənzərinin bir başqasına verildiyinə də inanmayın; yoxsa Rəbbiniz haqqında sizinlə mübahisə haqqı qazanarlar", deyərlərsə, "Lütf Allahın əlindədir, istədiyinə verir", de. Allah Comərddir, Biləndir.
وَلَا تُؤْمِنُٓوا اِلَّا لِمَنْ تَبِـعَ د۪ينَكُمْۜ قُلْ اِنَّ الْهُدٰى هُدَى اللّٰهِۙ اَنْ يُؤْتٰٓى اَحَدٌ مِثْلَ مَٓا اُو۫ت۪يتُمْ اَوْ يُحَٓاجُّوكُمْ عِنْدَ رَبِّكُمْۜ قُلْ اِنَّ الْفَضْلَ بِيَدِ اللّٰهِۚ يُؤْت۪يهِ مَنْ يَشَٓاءُۜ وَاللّٰهُ وَاسِعٌ عَل۪يمٌۚ

Məryəm/19:37 Məzhəblər, (İsanın şəxsiyyəti barəsində) aralarında anlaşılmazlığa (ixtilafa) düşdülər. Böyük bir günə şahid olacaq kafirlərin vay halına!
فَاخْتَلَفَ الْاَحْزَابُ مِنْ بَيْنِهِمْۚ فَوَيْلٌ لِلَّذ۪ينَ كَفَرُوا مِنْ مَشْهَدِ يَوْمٍ عَظ۪يمٍ

Zuxruf/43:65 Partiyalar və məzhəblər (öz) aralarında mübahisə etdilər. Ağrılı-acılı əzaba görə vay zalımların halına.
فَاخْتَلَفَ الْاَحْزَابُ مِنْ بَيْنِهِمْۚ فَوَيْلٌ لِلَّذ۪ينَ ظَلَمُوا مِنْ عَذَابِ يَوْمٍ اَل۪يمٍ