Ali İmran - 3:52 İsa onlardan inkarçı bir rəftarı hiss edincə, "Allah yolunda kim mənə yardımçı olacaq?" - dedi. Tələbələri, “Biz Allahın yardımçılarıyıq; Allaha iman etdik. Müsəlman olmağımıza şahid ol", deyə qarşılıq verdilər.
İsanın inkar edənlərə qarşı dəstəkçi istəməsi ilə əlaqəli:
Saff/61:14 Ey iman edənlər, Allahı dəstəkləyənlər olun. Necə ki, Məryəm oğlu İsa, tələbələrinə, "Allah yolunda kim mənim dəstəkçilərim olar?" deyə soruşmuşdu. Tələbələri, "Biz Allahın dəstəkçiləriyik," demişdilər. İsrail oğullarından bir qrup iman etdi, bir qrup da inkar etdi. İman edənləri düşmənlərinə qarşı dəstəklədik; onlar üstün gəldilər.