Ali İmran - 3:64 De ki, “Kitablılar! Bizimlə sizin aranızda eyni olan bir prinsipə gəlin: Allahdan başqasına qulluq etməyək və Ona heç bir şeyi ortaq qoşmayaq, birimiz digərini Allahdan sonra Rəblər qəbul etməsin." Qəbul etməzlərsə, "Şahid olun, biz müsəlmanlarıq!" - deyin.
Nə üçün Allaha ortaq qoşmamalıyıq?
Nisa/4:48 Allah Özünə ortaq qoşulmasını bağışlamaz; bundan başqasını istədiyinə bağışlayar. Kim Allaha ortaq qoşarsa, çox böyük bir həqarət etmiş olar.
Nisa/4:116 Allah Özünə ortaq qoşulmasını bağışlamaz; bundan başqasını istədiyinə bağışlayar. Kim Allaha ortaq qoşarsa, tamamilə azmış olar.

Loğman/31:13 Loğman oğluna öyüd verərkən bunu  demişdi: "Əziz oğlum, Allaha ortaq qoşma, şübhəsiz şirk (Tanrıya ortaq qoşmaq) böyük bir zülmdür."

Zumər/39:65 Sənə və səndən öncəkilərə belə vəhy edilmişdir: Ortaq qoşarsan, bütün etdiklərin boşa gedər və ziyana uğrayanlardan olarsan.