Ali İmran - 3:84 De ki: “Allaha, bizə nazil edilənə, İbrahimə, İsmailə, İshaqa, Yəquba və nəvələrinə nazil edilənə; Musaya, İsaya və peyğəmbərlərə Rəbləri tərəfindən verilənə iman etdik. Onların heç birinin arasında fərq qoymarıq və biz Ona təslim olanlarıq!”
Kim Allahın elçiləri arasında fərq qoyarsa:
Nisa/4:150 Allaha və elçisinə qarşı çıxanlar, Allah ilə elçilərinin arasını ayırmaq istəyənlər, "Bir qisminə iman edib, bir qismini inkar edərik," - deyənlər və bu ikisi arasında bir yol seçmək istəyənlər...
Nisa/4:151 Bax bunlar əsl inkar edənlərdir. İnkar edənlər üçün ağrılı-acılı bir əzab hazırlayırıq.