Ali İmran - 3:88
Orada əbədi qalacaqlar; əzabları yüngülləşdirilməz və təxirə salınmaz.
Əzabları yüngülləşdirilməz:
Həcc/22:22
Hər nə vaxt oradakı sıxıntıdan çıxmaq istəsələr, oraya geri çevrilərlər: "Yandırıcı əzabı dadın."
Zuxruf/43:77
"Ey Malik, artıq Rəbbin bizim işimizi bitirsin," deyə səslənərlər. O da, "Siz belə qalacaqsınız," deyər.
Maidə/5:37
Atəşdən çıxmaq istəyərlər; amma çıxa bilməzlər. Onlar sürəkli bir cəzaya məhkum olmuşlar.
Səcdə/32:20
Yoldan çıxmışların malikanəsi isə atəşdir. Oradan hər çıxmaq istədiklərində, təkrar oraya çevrilərlər. Onlara, "Yalanlamaqda olduğunuz atəş əzabını dadın," deyilər.
Ğafir/40:49
Atəşdəkilər, cəhənnəmin gözətçilərinə, "Rəbbinizə yalvarın ki, bizdən əzabı heç olmasa, bircə gün yüngülləşdirsin," deyərlər.
Ğafir/40:50
Onlar da deyərlər ki, "Elçiləriniz sizə açıq-aşkar dəlillərlə gəlməmişdimi?" "Bəli," deyərlər. Bunun üzərinə onlar, "Elə isə özünüz yalvarın. Halbuki inkar edələrin yalvarması nəticə verməz."