Ali İmran - 3:89 Ancaq, bundan sonra yönəlib vəziyyətlərini düzəldənlər başqa. Allah Bağışlayandır, Rəhmlidir.
Məqsəd; Allahın kitabda insanlara açıqladığını gizləyən-dəyişdirən kitab əhli tövbə edib, bu davranışını düzəldərsə bağışlanacaq:
Bəqərə/2:159 Nazil etdiyimiz açıq-aydın dəlilləri və hidayəti, -Biz kitabda insanlara açıqladıqdan sonra- gizləyənləri həm Allah, həm də lənətləyənlər lənətləyər.
Bəqərə/2:160 Ancaq, yönəlib özlərini düzəldənlər və (kitabı) açıqlayanlar xaric; onların tövbəsini qəbul edərəm. Mən tövbələri qəbul edənəm, Rəhiməm.