Ali İmran - 3:97 Orada açıq-aşkar işarətlər var: İbrahimin (bütpərəstliyə qarşı) durma yeridir. Oraya daxil olan güvənlik içində olmalıdır. İnsanlardan yolçuluğa (səfər etməyə) imkanı olanlar o Evi (Kəbəni) Allah üçün həcc etməklə məsuldur. Kim inkar edərsə bilsin ki, Allah kimsəyə möhtac deyildir.
Orada (Kəbədə) açıq-aşkar işarətlər var:
Bəqərə/2:158 Səfa və Mərvə (təpələri) Allahın işarələrindəndir. Həcc və ya ziyarət (ümrə) üçün Evə gələn birisi o ikisi arasında gedib-gələ bilər. Kim könüldən bir yaxşılıq edərsə, Allah təşəkkürə qarşılıq verəndir, Biləndir.
اِنَّ الصَّفَا وَالْمَرْوَةَ مِنْ شَعَٓائِرِ اللّٰهِۚ فَمَنْ حَجَّ الْبَيْتَ اَوِ اعْتَمَرَ فَلَا جُنَاحَ عَلَيْهِ اَنْ يَطَّوَّفَ بِهِمَاۜ وَمَنْ تَطَوَّعَ خَيْراًۙ فَاِنَّ اللّٰهَ شَاكِرٌ عَل۪يمٌ