Ğafir - 40:11 Deyəcəklər ki, "Rəbbimiz, bizi iki dəfə öldürdün və iki dəfə diriltdin. İndi günahlarımızı etiraf etdik. Buradan bir çıxış yolu varmı?"
İki ölüm, iki dirilmə:
Ğafir/40:11 Deyəcəklər ki, "Rəbbimiz, bizi iki dəfə öldürdün və iki dəfə diriltdin. İndi günahlarımızı etiraf etdik. Buradan bir çıxış yolu varmı?"

Bəqərə/2:28 Allahı necə inkar edərsiniz? Siz ölülər idiniz O sizi diriltdi. Sonra sizi öldürər və təkrar dirildər və sonunda Ona döndərilərsiniz.

Casiyə/45:26 De ki, "Sizi Allah dirildir və öldürür. Sonra gerçəkləşməsində şübhə olmayan Dirilmə Günündə sizi bir araya toplayar. Fəqət insanların çoxu bilməz."

Ya sin/36:12 Ölüləri Biz, bəli Biz dirildirik, onların etdiklərini və (ölümlərindən sonrakı) aqibətlərini yazarıq. Biz hər şeyi açıq-aşkar bir kitabda hesaba almışıq.

Ənam/6:122 Ölü ikən diriltdiyimiz və insanlar arasında yeriyə biləcəyi bir işıq verdiyimiz kimsə, qaranlıqlar içində olub və ondan çıxa bilməyən kimsə kimi ola bilərmi? İnkar edənlərin etdikləri işlər bu cür süslü göstərilmişdir.

Duxan/44:53 İpək və atlazdan geyimlər içində qarşı-qarşıya oturarlar.
Duxan/44:55 Tam bir güvənlik içində hər meyvəni istəyərlər.
Duxan/44:56 Orada, ilk ölümdən başqa ölüm dadmazlar. Onları cəhənnəm əzabından qorumuşdur.


Həcc/22:66 Sizi dirildən, sonra öldürən, sonra da dirildən Odur... İnsan əlbəttə çox nankordur.