Ğafir - 40:2 Bu Kitabın nazil edilməsi Allah qatındandır, Üstün və Hər Şeyi Bilən.
Quranın Allahdan başqası tərəfindən hazırlandığını iddia etdilər:
Furqan/25:4 İnkar edənlər: "Bu, başqalarının yardımı ilə onun uydurduğu bir yalandan başqa bir şey deyildir," deyərək haqsız və əsassız bir tezis (iddia) ortaya qoydular.
Furqan/25:5 Dedilər, "Yazıb durduğu şey əvvəlkilərin nağıllarıdır; ona diktə edilməkdədir, səhər-axşam."

Nəhl/16:103 "Ona bir insan öyrədir!" şəklindəki sözlərini əlbəttə bilirik. Nəzərlərində tutduqları şəxsin dili başqadır, bu isə açıq-aşkar Ərəbcə bir dildir.

Ənbiya/21:3 Qəlbləri qorxusuzdur. Zalımlar gizlicə bir-birləriylə görüşdülər: "Bu adam sizin kimi bir insan deyilmi? Göz görə-görə sehrəmi qapılacaqsınız?"
Ənbiya/21:4 Dedi ki, "Rəbbim yerdə və göydə hər sözü bilir. O, Eşidəndir, Biləndir!"
Ənbiya/21:5 Hətta, "Boş xəyallardır", "Onu o uydurmuşdur" və "O bir şairdir, daha öncəki elçilər kimi o da bizə möcüzələr gətirsin," dedilər.

Hud/11:35 "Bunu (bu nəql edilən tarixi mübahisəni) o uydurdumu"- deyirlər? (Ey Muhəmməd!) De ki: "Onu mən uydurmuşamsa, günahımdan mən (özüm) məsuliyyətli olacağam və sizin işlədiyiniz günahlarla da mənim bir əlaqəm yoxdur."

Səcdə/32:3 "Onu uydurdu"mu deyirlər? Halbuki bu, səndən öncə özlərinə bir xəbərdar edən (elçi) yetişməmiş bir camaatı, bəlkə yola gələrlər deyə xəbərdar etməyin üçün Rəbbindən gələn bir gerçəkdir.

Şura/42:24 Onlar, "O, Allah haqqında yalan uydurdu." deyirlər, eləmi? Allah istəsə, sənin qəlbini möhürləyər. Allah yanlışı silər və sözləri ilə gerçəyi yerləşdirər. O ən gizli düşüncələri bilir.

Əhqaf/46:8 Yoxsa "Onu uydurdumu deyirlər? De ki, "Onu mən uydurdumsa, siz məni Allahdan gələcək heç bir şeyə qarşı qoruya bilməzsiniz. O, sizin həddi aşmanızı ən yaxşı Biləndir. Mənimlə sizin aranızda şahid olaraq O yetər. O, Bağışlayandır, Rəhmlidir."

Tur/52:33 Yoxsa, "Onu özü uydurdu" deyirlər? Xeyr, onlar iman etməzlər.
Tur/52:34 Doğru sözlüdürlərsə, bunun bənzəri (olan) bir hədis gətirsinlər.

Hud/11:13 "Onu (Quranı) o uydurdumu"- deyirlər? De ki: "Haydı ona bənzər, uydurulmuş on surə gətirin. Allahdan başqa bütün dostlarınızı da çağırın, doğru sözlülərsinizsə!"
Hud/11:14 Sizə cavab verə bilmədilərsə, biləsiniz ki, o Allahın bilgisi ilə nazil edilmişdir və Ondan başqa tanrı yoxdur. Artıq müsəlman olacaqsınızmı?

Yunus/10:38 "Onu uydurdumu" deyirlər? De ki: "Doğru sözlülərsinizsə, buna bənzər bir surə gətirin və Allahdan başqa çağıra bildiklərinizi çağırın!"

Bəqərə/2:23 Qulumuza nazil etdiyimizə şübhə edirsinizsə, buna bənzər bir surə gətirin. Doğru sözlüsünüzsə, Allahdan başqa bütün şahidlərinizi də yardıma çağırın.