Ğafir - 40:25 Onlara Bizdən bir gerçəyi götürüncə, "Onunla birlikdə iman edənlərin oğullarını öldürün, qadınlarını isə yaşadın," dedilər. İnkar edənlərin planı hər zaman azğınlıqdır.
Firon, İsrail oğullarına zülm edən bir fəsadçı idi:
Rad/13:35 Müttəqilərə söz verilən Cənnətin örnəyi budur: Altından çaylar axar, meyvəsi də daimidir, kölgəsi də. Bu müttəqilərin sonudur. Kafirlərin sonu isə atəşdir.

Bəqərə/2:49 İşgəncənin ən pisini sizə tətbiq edən, qadınlarınızı buraxıb oğullarınızı öldürən Fironun adamlarından sizi qurtarmışdıq. Bu, Rəbbinizdən böyük bir sınaq idi.

Əraf/7:141 "Bir vaxt sizə ən pis əzabı tətbiq edən Fironun tərəfdarlarından sizi qurtarmışdıq. Qadınlarınızı sağ buraxıb övladlarınızı öldürürdülər. Bunda Rəbbinizdən sizin üçün böyük bir sınaq vardı."

Yunus/10:83 Firon və əyanlarının işgəncə və təzyiqindən qorxduqları üçün Musaya, xalqından ancaq bir neçə nəfər iman etdi. Firon, yer üzündə həddi çox aşan bir tiran idi.

Ta ha/20:47 "Onun yanına gedin və deyin ki 'Biz ikimiz Rəbbinin elçiləriyik. İsrail oğullarına etdiyin işgəncəyə son ver və onları bizimlə göndər. Biz sənin yanına Rəbbindən bir ayə ilə gəldik. Doğru yolu izləyənlərə salam (sülh) olsun."

Qasas/28:4 Firon yer üzündə despotca davrandı. Xalqını siniflərə ayırıb onlardan bir qrupu əzib istismar edir, qızlarını sağ buraxıb oğullarını kəsirdi. O, bir fəsadçı idi.