Ğafir - 40:39
"Ey xalqım, bu dünya həyatı müvəqqəti bir yaşayış yeridir. Axirət yurdu isə əbədi bir məskəndir."
Allah axirət yurdunu kimlərə ayırmışdır?
Qasas/28:83
Bu Axirət yurdunu, yer üzündə təkəbbürlənməyi və fəsad törətməyi istəməyənlərə ayırdıq. Aqibət müttəqilərindir.
Bəqərə/2:111
“Yəhudi və ya Xristianlardan başqası cənnətə daxil ola bilməz!" - dedilər. Bu, onların boş və əsassız sözləridir. De ki: "Doğru sözlülərsinizsə dəlilinizi gətirin."
Bəqərə/2:112
Doğrusu, kim yaxşılıq edərək özünü Allaha təslim edərsə, onun mükafatı Rəbbinin yanındadır; onlara qorxu yoxdur və onlar üzülməyəcəkdir.
Bəqərə/2:62
İman edənlər, Yəhudilər, digər dinlərdən olanlar və Xristianlardan kim Allaha və Axirət gününə iman edər və muttəqi bir həyat sürərsə, mükafatı Rəblərinin yanındadır. Onlara qorxu yoxdur və onlar üzülməzlər.
Maidə/5:69
İman edənlər, Yəhudilər, digər dinlərdən olanlar və Xristianlardan kim Allaha və Axirət gününə iman edər və muttəqi bir həyat sürərsə, nə bir qorxu vardır, nə də onlar üzülərlər.
Nisa/4:124
Kişi və ya qadın, hər kim iman edərək müttəqi bir həyat sürərsə cənnətə girər və ən ufaq bir haqsızlıq görməz.
Ənbiya/21:105
Zikrdən sonra Zəburda da, "Yer üzünə Mənim müttəqi qullarım varis olacaq," deyə yazıb qeyd etmişdik.
Muminun/23:1
İman edənlər uğur qazanmışlardır.
Muminun/23:2
Həqiqətən onlar namazlarında ehtiramlıdırlar.
Muminun/23:3
Boş sözlərdən üz çevirirlər.
Muminun/23:4
Zəkatı həyata keçirirlər.
Muminun/23:5
Və cinsi əlaqələrdən ehtiyat edirlər;
Muminun/23:6
Ancaq zövcələri yəni andlarının/müqavilələrinin haqq sahibi olduqları xaric. Onlar qınanmazlar.
Muminun/23:7
Kim bundan başqasını axtararsa, həddi aşmış olar.
Muminun/23:8
Onlar (o kəslər) ki, onlara əmanət edilən şeylərə diqqət edərlər. Verdikləri sözləri də yerinə yetirirlər.
Muminun/23:9
Onlar ki, namazlarını müntəzəm olaraq qoruyurlar.
Muminun/23:10
Məhz varis olanlar onlardır.
Muminun/23:11
Cənnətə mirasçı olacaq və orada əbədi qalacaqlar.
Məryəm/19:60
Tövbə edən, iman edən və müttəqi davrananlardan başqa. Onlar ən xırda bir haqsızlığa uğramadan cənnətə girərlər.
Zumər/39:73
Rəblərinə ehtiram edib dinləyənlər isə dəstə-dəstə cənnətə götürülərlər. Oraya yetişdiklərində onun qapıları açılar və gözətçiləri onlara, "Sizə sülh olsun; qazandınız. Haydı, təməlli qalmaq üçün oraya daxil olun," deyərlər.
Ğafir/40:40
Kim pislik işləyərsə, ona ancaq onun qədər bir cəza verilər. Kişi və ya qadın (olsun), kim inanclı olaraq müttəqi işlər görərsə, onlar cənnətə girərlər və orada hesabsız olaraq nemətlənərlər.