Ğafir - 40:40 Kim pislik işləyərsə, ona ancaq onun qədər bir cəza verilər. Kişi və ya qadın (olsun), kim inanclı olaraq müttəqi işlər görərsə, onlar cənnətə girərlər və orada hesabsız olaraq nemətlənərlər.
İman edənlər cənnətdə hesabsız nemətlənərlər:

Ənfal/8:4 Belələri gerçək iman edənlərdir. Onlar üçün Rəbləri yanında dərəcələr, bağışlanma və tükənməz ruzi vardır.

Məryəm/19:62 Orada boş söz eşitməzlər; sadəcə sülh... Ruzilərini də səhər-axşam alarlar.

Ənbiya/21:102 Onun uğultusunu eşitməzlər. Canlarının istədiyi şeylər içində əbədi qalarlar.

Sad/38:51 Orada komfort içində bol meyvə və içki istəyərlər.
Sad/38:52 Yanlarında gözlərinin içinə baxan yaşıdları vardır.

Şura/42:22 Etdikləri işlər başlarına gələrkən zalımları təşviş içində görərsən. İman edib müttəqi davrananlar cənnətlərin bağçalarındadır. Onlar üçün Rəbləri qatında istədikləri hər şey vardır. Məhz bu, böyük lütfdür.

Qaf/50:34 Oraya sağ-salamat daxil olun; bu, əbədi həyat günüdür.
Qaf/50:35 İstədikləri hər şeyi əldə edərlər və hətta qatımızda artığı da vardır.

Vaqiə/56:18 Qaynaqdan doldurulmuş bardaqlar, sürahilər və qədəhlərlə.

Ğafir/40:40 Kim pislik işləyərsə, ona ancaq onun qədər bir cəza verilər. Kişi və ya qadın (olsun), kim inanclı olaraq müttəqi işlər görərsə, onlar cənnətə girərlər və orada hesabsız olaraq nemətlənərlər.