Ğafir - 40:43
"Şübhəsiz ki, məni özünə çağırdığınız şeyin nə dünyada, nə də axirətdə bir dayanağı yoxdur. Dönüşümüz Allahadır. Həddi aşanlar, cəhənnəmə gedəcəklər."
Tanrılar seçmələrini, dolayısı ilə ortaq qoşmalarını dəstəkləyən bir dəlil / Allah qatından bir vəhy - kitab yoxdur:
Ənam/6:148
Ortaq qoşanlar, "Allah istəməsəydi, nə biz, nə atalarımız ortaq qoşmaz, və heç bir şeyi də haram etməzdik," deyəcəklər. Onlardan öncəkilər də əzabımızı dadıncaya qədər eyni şəkildə yalanlamışdılar. De ki: "Yanınızda bizə göstərə biləcəyiniz hər hansısa bir məlumat varmı? Siz ancaq zənnə (şübhəli və ziddiyyətli rəvayətlərə) uyursunuz və siz sadəcə güman edirsiniz.
Fatir/35:40
De ki, "Allahdan başqa çağırdığınız ortaqlarınızı düşündünüzmü; onlar yer üzündə nəyi yaratmışlar mənə göstərin?" Yoxsa onların göydə bir ortaqlıqlarımı var? Və ya onlara bir kitab verdik ki, ondakı bir dəliləmi istinad edirlər? Həqiqətən, Zalımlar bir-birlərinə ancaq aldadıcı sözlər verirlər.
Ənbiya/21:24
Ondan başqa tanrılarmı qəbul etdilər? De ki: "Dəlilinizi gətirin. Bu, mənim zamanımdakıların da mesajıdır, məndən öncəkilərin də mesajıdır." Ancaq çoxları anlamır deyə gerçəkdən üz çevirirlər.
Əhqaf/46:4
De ki: "Allahdan başqa yalvardıqlarınıza bir baxın. Onların yerdən nəyi yaratdığını mənə göstərin. Yoxsa göylərdə onların bir ortaqlığımı var? Bundan öncə bir kitab və ya bir elmi sənəd gətirin, doğru sözlüsünüzsə?"
Saffat/37:152
"Allah doğmuşdu." Onlar yalançıdırlar.
Saffat/37:156
Yoxsa açıq-aşkar bir dəliləmi sahibsiniz?
Saffat/37:157
Doğrusunuzsa, kitabınızı gətirin.
Nəcm/53:19
Gördünüzmü (dişi bütləriniz olan) Lat və Uzzanı?
Nəcm/53:20
Və üçüncüləri olan Mənatı?
Nəcm/53:21
Erkəklər sizin və dişilər Onunmu?
Nəcm/53:22
Necə də insafsız bir paylaşmadır!
Nəcm/53:23
Onlar, sizin və atalarınızın qoyduğu isimlərdən başqa bir şey deyildir və Allah onlar üçün heç bir dəlil nazil etməmişdir. Onlara, Rəblərindən bir yolgöstərici gəldiyi halda, sadəcə zehinlərindəki yanlış düşüncələrinin və şəxsi arzularının ardınca gedirlər.
Muminun/23:117
Hər kim Allahla birlikdə, heç bir dəlilə sahib olmayan başqa bir tanrıya da qulluq edərsə, onun hesabı Rəbbinin qatındadır. Şübhəsiz kafirlər müvəffəq ola bilməzlər.
Kəhf/18:15
"Bu xalqımız Ondan başqasını tanrılar qəbul etdi. Onların tanrı olduğunu açıq bir dəlillə dəlilləndirməli deyildilərmi? Allaha qarşı yalan uydurandan daha zalım kim ola bilər?"