Ğafir - 40:6
Rəbbinin, "Onlar cəhənnəmin xalqıdır," deyə inkar edənlər haqqında verdiyi sözü beləcə gerçəkləşir.
Cəhənnəm əhli haqqında Rəbbimizin sözü:
Hud/11:118
Rəbbin istəsəydi, insanları vahid bir camaat edərdi. Fəqət onlar sürəkli olaraq (gerçəyi) mübahisə edəcəklər.
Hud/11:119
Rəbbinin acıdıqları xaric. Bunun üçündür ki, onları yaratdı. Rəbbinin sözü yerinə yetmişdir: "Cəhənnəmi cinlər və insanlarla, toplu halda dolduracağam."
Əraf/7:11
Sizi yaratdıq, sonra sizə surət verdik, sonra mələklərə, "Adəmə səcdə edin!" – dedik. İblisdən başqa hamısı səcdə etdi; o, səcdə edənlərdən olmadı.
Əraf/7:12
(Allah) dedi: "Sənə əmr etdiyim zaman sənə səcdə etməyə nə mane oldu?" (İblis:) "Mən ondan daha yaxşıyam; Sən məni atəşdən yaratdın, onu isə palçıqdan yaratdın," dedi.
Əraf/7:13
(Allah:) "Oradan aşağı en," dedi. Orada təkəbbür göstərə bilməzsən. Rədd ol. Dəyərini itirdin!"
Əraf/7:14
(İblis:) "Diriləcəkləri günə qədər mənə möhlət ver," dedi.
Əraf/7:15
(Allah:) "Sənə möhlət verilmişdir," dedi.
Əraf/7:16
(İblis:) "Məni azdırmana qarşılıq olaraq, onlara görə Sənin ən doğru yolunun üzərində gizlicə oturacağam."
Əraf/7:17
"Sonra önlərindən, arxalarından, sağlarından və sollarından onlara (onların yanına) soxulacağam. Beləcə əksəriyyətini şükür edən görməyəcəksən."
Əraf/7:18
(Allah) dedi ki: "Mənfur və qovulmuş olaraq oradan çıx. Onlardan sənə tabe olanlara gəlincə, hamınızla cəhənnəmi dolduracağam."
Sad/38:75
"Ey İblis, əllərimlə yaratdığıma səcdə etməkdən səni çəkindirən nədir? Təkəbbürmü göstərdin? Yoxsa üsyanmı etdin?" dedi.
Sad/38:76
"Mən ondan daha üstünəm. Məni atəşdən yaratdın, onu isə palçıqdan yaratdın," dedi.
Sad/38:77
"Çıx oradan. Sən qovuldun," dedi.
Sad/38:78
"Haqq-hesab Gününə qədər lənətimə layiqsən."
Sad/38:79
Dedi ki, "Rəbbim, diriləcəkləri günədək məni ertələ (təxirə sal)."
Sad/38:80
Dedi ki, "Sənə möhlət verilmişdir;"
Sad/38:81
"Məlum vaxtın gününə qədər."
Sad/38:82
Dedi ki, "Böyüklüyünə and olsun, hamısını azdıracağam."
Sad/38:83
"Ancaq onlardan özlərini sadəcə sənə həsr edən qulların xaric."
Sad/38:84
Dedi ki, "Bu gerçəkdir və Mən sadəcə gerçəyi söyləyirəm."
Sad/38:85
"Cəhənnəmi səninlə və onlardan sənin ardınca gedənlərlə kütləvi şəkildə dolduracağam."
Səcdə/32:13
İstəsəydik, hər kəsə hidayətini verərdik. Ancaq, cinlərin və insanların bir qismi ilə cəhənnəmi toplu şəkildə dolduracağıma dair sözüm gerçəkləşmişdir.