Fussilət - 41:10 Onun üstündə tarazlıq qoruyucuları yerləşdirdi və onu bərəkətli etdi. Bütün axtarıb istəyənlər üçün onun qidalarını dörd gündə ölçüb nizama saldı.
Yer üzünə yerləşdirilən tarazlıq ünsürləri nədir?
Nəhl/16:15 Və silkələnməməyiniz üçün yer üzünə tarazlıq təminedicilər atıb yerləşdirdi, yolu tapa bilməniz üçün də çaylar və yollar,

Ənbiya/21:31 Onları yırğalamasın deyə yer üzündə dağları yerləşdirdik. Yolu tapa bilmələri üçün onda geniş keçidlər açdıq.

Loğman/31:10 Göyləri, gördüyün bir dirək olmadan yaratmışdır. Və silkələnməməyiniz üçün yer üzünə tarazlıq təminedicilər atıb yerləşdirdi və orada hər növ məxluqu yaydı. Göydən bir su yağdırdıq və orada hər gözəl cütü bitirdik.