Fussilət - 41:37
Gecə, gündüz, günəş və ay Onun ayələrindəndir. Günəşə və aya səcdə etməyin, onları yaradan Allaha səcdə edin. Ona qulluq edəcəksinizsə.
Günəşə və aya səcdə edənlər:
Nəml/27:22
Çox keçmədən (hüdhüd) gəldi və: "Sənin bilmədiyin bir şeyi öyrəndim, sənə Səbadan önəmli bir xəbər gətirdim." dedi.
Nəml/27:23
"Onları idarə edən bir qadın gördüm. Ona hər şeydən verilmiş və böyük bir sarayı var."
Nəml/27:24
"Onu və xalqını Allahdan başqa günəşə səcdə edərkən gördüm. Şeytan onların işlərini özlərinə süsləmiş və onları yoldan çıxarmış və buna görə doğrunu görə bilmirlər."