Fussilət - 41:7
"(Ona görə) ki, zəkatı verməzlər və onlar axirəti də inkar edərlər."
İnkar edənlərin sonu:
Əraf/7:40
Ayələrimizi inkar edənlərə və onlara qarşı təkəbbür göstərənlərə göyün qapısı açılmaz və dəvə iynə deşiyindən keçmədikcə də Cənnətə girə bilməzlər. Günahkarları belə cəzalandırırıq.
Zumər/39:71
İnkar edənlər dəstə-dəstə cəhənnəmə götürülərlər. Oraya yetişdiklərində onun qapıları açılar və gözətçiləri onlara, "Sizə, Rəbbinizin ayələrini oxuyan və bu gününüzlə qarşılaşacağınız mövzusunda sizi xəbərdar edən öz içinizdən elçilər gəlməmişdimi?" deyərlər. "Bəli. Ancaq 'cəza' sözü inkar edənlər haqqında gerçəkləşmişdir," deyə qarşılıq verərlər.
Fussilət/41:27
İnkar edənlərə şiddətli bir əzabı daddıracağıq və etdiklərinin ən pisi ilə onlara qarşılıq verəcəyik.
Fussilət/41:28
Allahın düşmənlərinin cəzası bax bu atəşdir. Ayələrimizi bilə-bilə inkar etmələrinin bir qarşılığı olaraq orası onların əbədi yurdu olacaqdır.
Muhəmməd/47:12
Allah iman edib müttəqi davrananları içlərindən çaylar axan cənnətlərə daxil edər. İnkar edənlər isə heyvanlar kimi yeyib yaşamaqdadırlar və axırda atəşə girərlər.
Muhəmməd/47:34
İnkar edib Allahın yolundan azdıqdan sonra inkarçılar olaraq ölənləri Allah bağışlamayacaqdır.
İnsan/76:4
İnkar edənlər üçün zəncirlər, buxovlar və alovlu bir atəş hazırlamışıq.
Bəqərə/2:39
"İnkar edənlər, ayələrimizi və möcüzələrimizi yalanlayanlar atəşin əhlidir və onlar orada əbədi qalıcıdırlar."
Bəqərə/2:104
Ey iman edənlər! “Raina (Bizə çobanlıq et),”– deməyin; “Unzurna (Bizə nəzər yetir)”– deyin və (Allahın əmrini) dinləyin! İnkarçılar üçün ağrılı-acılı bir əzab var.
Bəqərə/2:126
İbrahim: “Rəbbim, buranı təhlükəsiz yer et, Allaha və Axirət gününə iman edən insanlara məhsullarla ruzi ver," deyincə, "İnkar edənə də ruzi verəcəyəm. Ona qısa bir müddət dolanışıq verər, sonra onu atəş cəzasına məhkum edərəm. Ora, necə də pis bir gediş yeridir!" - dedi.
Bəqərə/2:161
İnkar edib inkarçı olaraq ölənlər, onlar, həm Allahın, həm mələklərin və həm də insanların lənətini qazanar!
Bəqərə/2:217
Səndən müqəddəs (haram) ayda savaşmaq barəsində soruşurlar. De ki: “Bu ayda savaşmaq böyük bir günahdır. Fəqət Allahın yolundan çevirmək, Ona (Allaha) və Müqəddəs Məscidə nankorluq etmək və insanları oradan çıxarmaq Allah yanında daha böyük bir günahdır. Çünki təzyiq və zülm, öldürməkdən daha böyük bir suçdur”. İmkanları olsa, sizi dininizdən döndərənə qədər sizinlə savaşarlar. Sizdən kim dinindən dönərsə və inkarçı olaraq ölərsə, bütün etdikləri dünyada və axirətdə boşa çıxar. Onlar atəş xalqıdır və orada sürəkli qalacaqlar.
Ali İmran/3:4
Bundan öncə insanlara yol göstərən olaraq, Qanunlar kitabını nazil etdi. Allahın ayələrini inkar edənlər üçün şiddətli bir əzab vardır. Allah Üstündür, Öc Alandır.
Ali İmran/3:10
İnkar edənlərin nə paraları (pulları), nə də övladları Allaha qarşı onlara heç bir fayda verməyəcəkdir. Onlar atəşin yanacağıdır.
Ali İmran/3:12
İnkar edənlərə bunu söylə: “Məğlub ediləcək və cəhənnəmə sürüklənəcəksiniz." Necə də pis bir məskəndir.
Ali İmran/3:21
Allahın ayələrini inkar edənlərə, peyğəmbərləri haqsız yerə öldürənlərə və insanlar arasında ədaləti müdafiə edənləri öldürənlərə ağrılı-acılı bir əzabı müjdələ.
Ali İmran/3:90
İmanlarından sonra inkar edib, inkarlarında həddi aşanların tövbələri qəbul edilməz; onlar artıq tamamilə azmışdır.
Ali İmran/3:91
İnkar edib inkarçı olaraq ölənlər, dünya dolusu qızılı fidyə olaraq versələr belə, onlardan qəbul edilməyəcəkdir. Onlar ağrılı-acılı bir əzaba layiqdirlər və heç bir yardımçıları da olmayacaq.
Ali İmran/3:106
O gün bəzi üzlər ağarar, bəzi üzlər isə qaralar. Üzləri qaralan kəslərə: “İman etdikdən sonra inkarmı etdiniz? İnkarınıza görə əzabı dadın."
Ali İmran/3:131
İnkar edənlər üçün hazırlanmış olan atəşdən çəkinin.
Ali İmran/3:151
Gücsüz və iqtidarsız şəxsləri Allaha ortaq qoşduqlarına görə, inkar edənlərin qəlblərinə qorxu salacağıq. Yerləri atəşdir. Zalımların dayanacağı yer necə də pisdir!
Ali İmran/3:176
İnkar etməkdə yarışanlar səni üzməsin. Onlar Allaha heç bir zərər verə bilməz. Allah axirətdə onlara bir pay verməmək istəyir. Onlar üçün böyük bir əzab var.
Ali İmran/3:178
İnkar edənlər, verdiyim möhlətin onlar üçün yaxşı olduğunu sanmasınlar. Günahlarının artması üçün onlara möhlət veririk. Onlara alçaldıcı bir əzab var.
Ali İmran/3:196
İnkarçıların ölkələrdəki hökmranlığı səni aldatmasın.
Ali İmran/3:197
Bu, qısa müddətli bir faydalanmadır, sonra cəhənnəmi boylayacaqlar, nə pis bir məskəndir!
Nisa/4:18
Davamlı olaraq pis işlər görən və özlərinə ölüm yetişincə: “Mən artıq tövbə etdim!”– deyənlərin tövbəsi keçərsizdir. İnkarçı olaraq ölənlərin də tövbəsi keçərsizdir. Onlar üçün ağrılı-acılı bir əzab hazırlamışıq.
Nisa/4:37
Bunlar üstəlik xəsisdirlər və insanlara xəsisliyi öyüd-nəsihət edirlər. Allahın Öz lütfündən onlara verdiyini gizləyərlər. İnkar edənlərə ağrılı-acılı bir əzab hazırladıq.
Nisa/4:42
İnkar edənlər və elçiyə qarşı gələnlər o gün yerlə bir olmaq istəyərlər. Allahdan heç bir söz gizləyə bilməzlər.
Nisa/4:137
İman edib sonra inkar edən, təkrar iman edib təkrar inkar edən və daha sonra inkar etmələrində irəli gedən kimsələri Allah əfv etməyəcək və onlara yol göstərməyəcək.
Nisa/4:140
Sizə kitabda bildirmişdir ki: Allahın ayələrinin inkar edilib məsxərəyə qoyulduğunu eşitdiyiniz zaman, onlar başqa bir sözə keçincəyə qədər onlarla birlikdə oturmayın; yoxsa siz də onlar kimi olarsınız. Allah bütün ikiüzlüləri (münafiqləri) və inkar edənləri Cəhənnəmdə toplayacaqdır.
Nisa/4:151
Bax bunlar əsl inkar edənlərdir. İnkar edənlər üçün ağrılı-acılı bir əzab hazırlayırıq.
Nisa/4:161
Çəkindirildikləri halda, sələm (riba) almalarından və insanların parasını (pulunu) haqsızlıqla yemələrindən ötrü... Onların inkar edənlərinə ağrılı-acılı bir əzab hazırladıq.
Nisa/4:168
İnkar edib zülm edənləri Allah nə bağışlayacaq, nə də onlara bir yol göstərəcəkdir.
Maidə/5:10
İnkar edib ayə və möcüzələrimizi yalanlayanlar isə, onlar cəhənnəm əhlidir.
Maidə/5:36
İnkar edənlər, yer üzündəkilərin hamısına və bir o qədərinə də sahib olsaydılar və onları dirilmə gününün əzabından qurtulmaq üçün fidyə versəydilər onlardan qəbul edilməzdi. Onlara ağrılı-acılı bir əzab var.
Maidə/5:86
İnkar edib ayə və möcüzələrimizi yalanlayanlar isə cəhənnəm əhlidir.
Ənam/6:70
Dinlərini oyun-əyləncəyə çevirənləri və dünya həyatına aldananları burax. Sən bununla (Quranla) xatırlat ki, heç kəs qazandığının fəlakətli nəticəsini çəkməsin. Onun Allahdan başqa bir Sahibi və Şəfaətçisi yoxdur. (O) hər cürə fidyəni versə belə ondan qəbul edilməz. Bunlar, qazandıqlarına görə fəlakətli nəticəyə uğrayanlardır; İnkar etmələri üzündən qaynar sudan bir içkiyə və ağrılı-acılı bir əzaba layiqdirlər.
Əraf/7:147
Ayələrimizi və axirət görüşməsini inkar edənlərin etdikləri boşunadır. Etdikləri əməllərinin qarşılığını almayacaqlarmı?
Ənfal/8:36
İnkar edənlər, insanları Allah yolundan çəkindirmək üçün paralarını (pullarını) xərcləyərlər və daha da xərcləməyə davam edəcəklər. Fəqət bu, sonradan onlar üçün bir üzüntü qaynağı olacaq və ardından yeniləcəklər. İnkar edənlər cəhənnəmə sürüklənəcəklər.
Ənfal/8:50
İnkar edənlərin canlarını mələklər alarkən bir görsəydin! Üzlərinə və arxalarına (hücum edən və qaçan düşmənlərinizə) vururdular: "Dadın yandırıcı əzabı!"
Tovbə/9:3
Bu, eyni zamanda Allah və Elçisindən bütün insanlara, böyük həcc günü yayımlanmış bir xəbərdarlıqdır: Allah bütpərəstlərdən uzaqdır, elçisi də... Tövbə edərsəniz sizin üçün daha yaxşıdır. Dönərsəniz, bilin ki, siz Allahı aciz qoya bilməzsiniz. İnkar edənlərə ağrılı-acılı bir əzabı müjdələ.
Tovbə/9:90
Ərəblərdən üzr uyduranlar, izin almaq üçün sənin yanına gəldilər. Allah və elçisinə yalan söyləyənlər beləcə oturdular. İnkarçılarına ağrılı-acılı bir əzab toxunacaqdır.
Yunus/10:4
Hamınızın dönüşü Onadır. Bu, Allahın verdiyi gerçək sözdür. O, yaradılışı başladır və sonra təkrarlayar; beləcə iman edib müttəqi işlər görənləri ədalətlə mükafatlandırır. Kafirlərə isə, inkar etmələrindən ötrü isti bir içəcək və ağrılı-acılı bir əzab vardır.
Rad/13:5
Təəccüblənəcəksənsə, onların bu sözlərinə təəccüblənməlisən: "Biz torpaq olduqdan sonra yenidənmi yaradılacağıq?" Bax onlar, Rəblərini inkar edənlərdir. Onlar, boyunlarına qandallar vurulmağa layiq olanlardır. Onlar Atəşin əhlidir; həqiqətən orada əbədi qalacaqlar.
İbrahim/14:18
Rəblərini inkar edənlərin etdikləri işlər, fırtınalı bir gündə küləyin sovurduğu kül kimidir. Qazandıqlarından heç bir şey əldə edə bilməzlər. Bax gerçək itki (zərər) budur.
Hicr/15:2
İnkar edənlər, kaş ki, müsəlman olsaydıq deyə arzulayacaqlar.
Nəhl/16:84
Hər topluluqdan bir şahid göndərdiyimiz gün, inkar edənlərə nə izin verilər, nə də üzrləri qəbul edilər.
Nəhl/16:88
İnkar edib Allahın yolundan ayrılanların etdikləri fəsaddan ötrü əzab üstünə əzab artırarıq.
Nəhl/16:106
Qəlbi imanla dolu olduğu halda (inkar etməyə) məcbur edilən istisna olmaqla, imandan sonra inkar etməyə qəlbini açıb Allahı inkar edənlər, Allah tərəfindən bir qəzəbə layiqdirlər və onlar üçün böyük bir əzab vardır.
Kəhf/18:102
İnkar edənlər, Məndən başqa qullarımı vəlilər seçərək qurtulacaqlarınımı sandılar? O inkar edənlərin qalacaq yeri olaraq cəhənnəmi təyin etdik.
Kəhf/18:105
Onlar, Rəblərinin ayələrini və Onunla qarşılaşmağı inkar edənlərdir. Buna görə işləri boşa çıxar və dirilmə günündə də onlara bir dəyər verməyəcəyik.
Kəhf/18:106
İnkar etdikləri, ayələrimə və elçilərimə önəm vermədikləri üçün, onlara ən uyğun cəza cəhənnəmdir.
Ənbiya/21:39
İnkar edənlər, üzlərindən və arxalarından atəşi uzaqlaşdıra bilməyəcəkləri və yardım da görə bilməyəcəkləri anı bir bilsəydilər.
Həcc/22:19
Bax bunlar, Rəbləri haqqında mübahisə edən iki zidd qrupdur. İnkarçılar üçün atəşdən paltarlar biçilər və başlarından aşağı qaynar su tökülər.
Həcc/22:57
İnkar edib ayə və möcüzələrimizi yalanlayanlar isə, onlar, ağrılı-acılı bir əzaba layiqdirlər.
Həcc/22:72
Onlara açıq-aşkar ayələrimiz oxunduğunda, inkar edənlərin üzündə inkarçılığı oxuyarsan. Onlara ayələrimizi oxuyanların üzərinə az qala hücum edəcəklər. De ki, "Bundan daha pisini sizə bildirimmi? Atəş! Allah onu kafirlərə vəd etmişdir. Necə də pis bir aqibətdir!"
Nur/24:39
İnkar edənlərə gəlincə, işləri, çöldəki bir ilğım kimidir. Susamış (kimsə) onu su sanar. Yanına yaxınlaşınca onu tapa bilməz, ancaq orada Allahı tapar; O da onun hesabını tam görər. Şübhəsiz Allah hesabı tez görəndir.
Nur/24:57
İnkar edənlərin Bizi aciz buraxacaqlarını sanmayın. Onların gedəcəyi yer atəşdir; necə də pis bir gediş yeridir.
Furqan/25:26
Məhz o gün, hakimiyyət bütünlüklə və mütləq olaraq Rəhmanındır. İnkar edənlər üçün çətin bir gün olacaqdır.
Ənkəbut/29:23
Allahın ayə və möcüzələrini və Onunla qarşılaşmağı inkar edənlər, Rəhmətimdən ümid kəsənlərdir. Onlar ağrılı-acılı bir cəzaya layiqdirlər.
Rum/30:16
İnkar edib, ayələrimizi və axirət görüşməsini yalanlayanlar da əzabın içinə daxil edilərlər.
Rum/30:44
Kim inkar edərsə, inkarı öz əleyhinədir. Kimlər də müttəqi davranarlarsa, özlərini gücləndirmiş və inkişaf etdirmiş olarlar.
Loğman/31:23
İnkar edənlərin inkarları səni üzməsin. Onların dönüşü Bizədir və etdiklərini onlara bildirəcəyik. Allah gizli düşüncələri yaxşı biləndir.
Səcdə/32:29
De ki, "Zəfər günü, inkar edənlərə iman etmələri bir fayda verməyəcəkdir; onlara başqa bir şans da verilməyəcəkdir."
Əhzab/33:8
Beləcə doğrulardan doğruluqlarını soruşacağıq. İnkarçılar üçün isə ağrılı-acılı bir əzab hazırlanmışdır.
Əhzab/33:64
Allah inkar edənləri lənətləmiş və onlara cəhənnəmi hazırlamışdır.
Səba/34:33
Gücsüzləşdirilənlər, təkəbbürlənənlərə, "Əsil siz idiniz. Bizim Allaha qarşı nankorluq göstərməmiz və Ona ortaqlar qoşmamız üçün gecə-gündüz planlar qururdunuz." Əzabı gördükləri zaman içlərində peşmançılıq hiss edərlər. İnkar edənlərin boyunlarına zəncirlər vurmuşuq. Yalnız etdiklərinin qarşılığını almırlarmı?
Fatir/35:7
İnkar edənlər şiddətli bir cəzaya məkum olmuşdur. İman edib müttəqi bir həyat yaşayanlara gəlincə, bağışlanmağa və böyük bir mükafata layiqdirlər.
Fatir/35:36
İnkar edənlər üçün cəhənnəm atəşi vardır. Nə ölmələrinə izin verilər, nə də onlardan cəhənnəm cəzası yüngülləşdirilər. Nankorları belə cəzalandırırıq.
Fatir/35:39
O ki, sizi yer üzündə yönəticilər etdi. Kim inkar edərsə, öz zərərinə inkar etmişdir. İnkar edənlərin inkarı, Rəbləri qatında nifrətdən başqa bir şey artırmaz. İnkar edənlərin inkarı itkidən (ziyandan) başqa bir şey artırmaz.
Ya sin/36:63
Bax, sizə söz verilən cəhənnəm budur!
Ya sin/36:64
İnkar etməyinizin bir nəticəsi olaraq orada yanın.
Sad/38:27
Göyü, yeri və aralarındakıları boş yerə yaratmadıq. Bu, inkar edənlərin zənnidir. Özlərini atəşə soxduqları üçün inkar edənlərə təəssüflər olsun.
Zumər/39:8
İnsana bir pislik toxunanda Rəbbinə yönələrək Onu çağırar. Ona Özündən bir yaxşılıq etdiyində, daha öncə kimə yalvardığını unudar və Onun yolundan azdırmaq üçün Allaha ortaqlar qoşmağa başlayar. De ki, "İnkarınla bir az yaşa, sən atəş əhlindənsən."
Ğafir/40:4
İnkar edənlərdən başqası Allahın ayələri və möcüzələrinə qarşı mübahisə etməz. Onların görünən uğurları səni aldatmasın.
Ğafir/40:5
Onlardan öncə Nuhun xalqı da yalanlamışdı və onlardan sonra bir çox partiya da... Hər topluluq elçilərini təsirsiz hala gətirməyə çalışdı. Gerçəyi aradan qaldırmaq üçün boş və yanlış şeylərlə mübahisə etdilər. Axırda onları yaxaladım; cəzalandırmam necə imiş?
Ğafir/40:6
Rəbbinin, "Onlar cəhənnəmin xalqıdır," deyə inkar edənlər haqqında verdiyi sözü beləcə gerçəkləşir.
Ğafir/40:10
İnkar edənlərə, "Allahın narazılığı, sizin öz-özünüzə olan narazılığınızdan daha böyükdür. İman etməyə dəvət edildiyinizdə inkar edərdiniz," deyə səslənilər.
Ğafir/40:11
Deyəcəklər ki, "Rəbbimiz, bizi iki dəfə öldürdün və iki dəfə diriltdin. İndi günahlarımızı etiraf etdik. Buradan bir çıxış yolu varmı?"
Ğafir/40:12
Çünki, YALNIZ Allah çağırıldığı zaman inkar edərdiniz. Ancaq Ona ortaq qoşulduğunda inanırdınız. Hökm, Üstün və Böyük olan Allaha aiddir.
Ğafir/40:49
Atəşdəkilər, cəhənnəmin gözətçilərinə, "Rəbbinizə yalvarın ki, bizdən əzabı heç olmasa, bircə gün yüngülləşdirsin," deyərlər.
Ğafir/40:50
Onlar da deyərlər ki, "Elçiləriniz sizə açıq-aşkar dəlillərlə gəlməmişdimi?" "Bəli," deyərlər. Bunun üzərinə onlar, "Elə isə özünüz yalvarın. Halbuki inkar edələrin yalvarması nəticə verməz."
Fussilət/41:50
Sıxıntısının ardından, ona Bizdən bir rəhmət daddırsaq, "Bu mənə aiddir. Dünyanın sonunun da gələcəyini sanmıram. Rəbbimə döndərilərəmsə də, Onun qatında mənim üçün daha gözəl şeylər vardır," deyər. İnkar edənlərə, etdiklərinin gerçək mahiyyətini əlbəttə xəbər verəcəyik. Çətin (şiddətli) bir əzabdan daddıracağıq onlara.
Şura/42:26
İman edib müttəqi davrananların çağırışına cavab verir və onlara lütfünü artırır. İnkar edənlər isə çətin (şiddətli) bir cəzaya layiq görülmüşdür.
Casiyə/45:11
Bu bir rəhbərdir (yolgöstərəndir). Rəblərinin ayələrini inkar edənlər üçün iyrənc və ağrılı-acılı bir əzab vardır.
Casiyə/45:31
İnkar edənlərə gəlincə, "Ayələrimiz sizə oxunmuş və siz də təkəbbür göstərib günahkar bir topluluq olmamışdınızmı?
Casiyə/45:34
Və onlara belə deyilər: "Bu günkü qarşılaşmanızı unutduğunuz üçün, Biz də bu gün sizi unuduruq. Yeriniz atəşdir və sizin bir yardımçınız da olmayacaqdır."
Əhqaf/46:20
İnkar edənlər atəşə göndərildikləri gün: "Dünya həyatında bütün gözəl şeylərinizi boşa xərcləyib onların ləzzətini çəkdiniz. Yer üzündə haqsız yerə təkəbbürlənmənizin və yoldan çıxmanızın qarşılığında bu gün alçaldıcı əzabı görəcəksiniz."
Əhqaf/46:34
İnkar edənlər atəşə göndərildikləri gün: "Bu doğru deyilmi?" Deyəcəklər: "Bəli, Rəbbimizə and olsun doğrudur." Deyəcək: "İnkar etmənizə görə əzabı dadın."
Muhəmməd/47:1
İnkar edib və Allah yolundan yayındıranlar, onların işlərini boşa çıxarmışdır.
Muhəmməd/47:8
İnkar edənlər isə məhv olmağa layiqdirlər; onların işlərini boşa çıxarmışdır.
Fəth/48:13
Kim Allaha və elçisinə iman etməzsə, Biz inkarçılar üçün bir atəş hazırlamışıq.
Zəriyət/51:60
Onlara söz verilən Günə görə vay halına bu inkar edənlərin!
Qamər/54:8
Çağırıcıya doğru qaçarlarkən, inkar edənlər, "Bu çətin bir gündür," deyərlər.
Hədid/57:15
Bu gün nə sizdən, nə də inkar edənlərdən bir fidyə qəbul edilməz. Yeriniz cəhənnəmdir; mövlanız/sahibiniz odur. Nə pis bir məskəndir.
Hədid/57:19
Allaha və elçisinə iman edənlər, ən doğru olanlar və şəhidlərdir. Rəbləri qatında onlar üçün mükafatları və nurları vardır. İnkar edib ayələrimizi yalanlayanlar isə cəhənnəm əhlidir.
Mucadilə/58:4
Azad edəcək bir kölə tapa bilməyən, cinsi əlaqədən öncə üst-üstə iki ay boyunca oruc tutmalıdır. Buna gücü çatmayan isə altımış yoxsulu doydurmalıdır. Allaha və elçisinə iman etməlisiniz. Bunlar, Allahın müəyyən etdiyi hədlərdir. İnkar edənlər ağrılı-acılı bir əzaba məhkum olmuşlardır.
Mucadilə/58:5
Allaha və Elçisinə qarşı gələnlər, özlərindən öncəkilər necə alçaldıldısa, eləcə alçaldılacaqlar. Biz, açıq-aşkar ayələr nazil etmişik. İnkar edənlər üçün utandırıcı bir əzab vardır.
Təğabun/64:10
İnkar edənlər, ayələrimizi yalanlayanlar atəşin əhlidir; orada əbədi qalarlar. Necə də pis bir gediş nöqtəsidir
Mulk/67:6
Rəblərini inkar edənlər cəhənnəm cəzasına layiqdirlər. Necə də pis bir məskəndir.
Mulk/67:7
Oraya atıldıqları zaman, onun qaynayıb-tüstülənərkən uğultusunu eşitdilər.
Təhrim/66:7
Ey inkar edənlər, bu gün üzrxahlıq etməyin. Siz ancaq etdiklərinizin qarşılığını görməkdəsiniz.
Mulk/67:28
De ki, "Baxın, Allah yanımdakılarla birlikdə məni həlak edərsə, yaxud bizə mərhəmət göstərərsə, inkar edənləri ağrılı-acılı əzabdan kim qurtara bilər?"
Muddəssir/74:9
Bax, çətin gün o gündür.
Muddəssir/74:8
Bildiriş edildiyi zaman,
Muddəssir/74:10
İnkar edənlər üçün asan deyil.
Bələd/90:19
Ayələrimizi inkar edənlər isə talesizlərdir (bədbəxtlərdir).
Bələd/90:20
Onlar atəşə qapadılacaqlar.
Beyyinə/98:6
Kitab əhlinin inkar edənləri və bütpərəstlər, cəhənnəm atəşinin içindədirlər və orada əbədi qalıcıdırlar. Onlar, məxluqların ən pisidir.