Şura - 42:13
Daha öncə Nuha buyurduğu dini, sizə qanun olaraq müəyyən etdik. Sənə vəhy etdiyimiz kimi, İbrahimə, Musaya və İsaya da öyüd-nəsihət elədik: "Bu dini doğru tutun və onda ayrılığa (ixtilafa) düşməyin." Fəqət onları çağırdığın şey, ortaq qoşanlara ağır gəlməkdədir. Allah istəyəni özünə seçər və Özünə yönələni doğruya yetişdirər.
Elçinin dəvəti:
Ali İmran/3:64
De ki, “Kitablılar! Bizimlə sizin aranızda eyni olan bir prinsipə gəlin: Allahdan başqasına qulluq etməyək və Ona heç bir şeyi ortaq qoşmayaq, birimiz digərini Allahdan sonra Rəblər qəbul etməsin." Qəbul etməzlərsə, "Şahid olun, biz müsəlmanlarıq!" - deyin.
Kəhf/18:110
De ki, "Mən sizin kimi bir insandan başqa bir şey deyiləm. Tanrınızın tək bir Tanrı olduğu mənə vəhy edildi. Rəbbi ilə qarşılaşmağı ümid edən hər kəs müttəqi işlər görsün və Rəbbinə olan qulluğa heç kimsəni ortaq qoşmasın."
Fussilət/41:5
Dedilər ki, "Sənin bizi çağırdığın şeyə qarşı sabit fikirliyik, qulaqlarımızda ağırlıq və bizimlə sizin aranızda pərdə vardır. İstədiyini et, biz də edəcəyik.
Fussilət/41:6
De ki, "Mən, sadəcə sizin kimi bir insanam. Mənə, sizin tanrınızın bir tək tanrı olduğu vəhy edilir. Ona yönəlin, Ondan bağışlanma diləyin. Vay ortaq qoşanların halına!"
Rad/13:36
Özlərinə kitab verdiklərimiz sənə nazil edilənə sevinirlər. Bəzi qruplar onun bir qismini inkar edərlər. De ki: "Allaha qul olmaqla və Ona ortaq qoşmamaqla əmr edildim. Ona tətəf çağırıram və dönüşüm də Onadır."
Ali İmran/3:18
Allah, Özündən başqa tanrı olmadığına şəhadət edər; mələklər və ədaləti qoruyan elm sahibləri də... Ondan başqa tanrı yoxdur, Üstündür, Hikmət Sahibidir.
Ali İmran/3:79
Allahın kitab, hikmət və peyğəmbərlik verdiyi heç bir insan, "Allahdan sonra mənə də qulluq edin", deyə insanları özünə çağırmaz. Əksinə, "Öyrənib öyrətdiyiniz kitaba uyğun olaraq özünü Rəbbinə həsr edən qullar olun," - deyər.
Ali İmran/3:80
Və sizə, mələkləri və peyğəmbərləri rəblər qəbul etməyinizi də əmr etməz. Siz müsəlman olduqdan sonra, sizə heç inkar etməyi əmr edərmi?