Şura - 42:18 Ona iman etməyənlər onun haqqında meydan oxuyurlar. Ona iman edənlər isə ondan təşvişə düşərlər və onun gerçək olduğunu bilirlər. Saat mövzusunda şübhəyə düşənlər böyük bir azğınlıq içindədirlər.
Quran da azğınlıq, azmaq:
Nisa/4:116 Allah Özünə ortaq qoşulmasını bağışlamaz; bundan başqasını istədiyinə bağışlayar. Kim Allaha ortaq qoşarsa, tamamilə azmış olar.

Ənam/6:74 İbrahim, atası Azərə belə demişdi: "Heykəlləri tanrı qəbul edirsən? Səni və xalqını bütünlüklə açıq-aşkar bir azğınlıq içində görürəm."

Həcc/22:12 Allahdan ayrı olaraq, özünə fayda və zərər verə bilməyənlərə yalvarır. Azğınlığın ən son nöqtəsi budur!

Nəhl/16:36 Hər bir cəmiyyətin içində, "Allaha qulluq edin və bütpərəstlikdən çəkinin," deyən bir elçi göndərdik. Onlardan bəzisinə Allah yol göstərdi, bəzisi də azğınlıqda qalmağa məhkum oldu. Yer üzünü gəzib dolaşın və yalanlayanların sonunun necə olduğuna diqqət edin.

Ya sin/36:23 "Ondan başqa tanrılarmı qəbul edim? Əgər Rəhman mənə zərər vermək istəsə, nə onların şəfaəti mənə bir fayda verə bilər, nə də məni qurtara bilərlər."

Bəqərə/2:256 Dində məcburiyyət yoxdur. Artıq doğruluq, azğınlıqdan ayrılmışdır. Kim ki, tağutu (despotları və şeytani doktrinaları) inkar edib Allaha iman edirsə, qırılmaz və sağlam bir bağdan yapışmışdır. Allah Eşidir, Bilir.

Hicr/15:42 "Əlbəttə, sadəcə Mənə qulluq edənlərə qarşı bir gücün yoxdur. Ancaq sənə tabe olan azğınlara gücün yetər."

Nisa/4:136 Ey iman edənlər! Allaha, elçisinə, elçisinə nazil etdiyi kitaba və daha öncədən nazil etdiyi kitaba iman edin! Kim Allahı, mələklərini, kitablarını, elçilərini və axirət gününü inkar edərsə tamamilə azmış olar.
Nisa/4:167 İnkar edənlər və Allah yolundan yayındıranlar, tamamilə azmış olar.

Əraf/7:30 Bir qrupu doğru yola yönəltdi, bir qrup da azğınlığa layiq görüldü. Onlar şeytanları Allahdan başqa dostlar qəbul etdilər. Amma özlərini doğru yolda sanırlar.

Şuəra/26:97 "Allaha and olsun, biz gerçəkdən çox açıq-aydın bir azğınlıq içində imişik."

Qasas/28:50 Sənə cavab verməsələr, bil ki, sadəcə yanlış düşüncələrinə tabe olurlar. Allahdan gələn bir yol göstərici olmadan, yanlış düşüncələrinə tabe olandan daha azğın kim ola bilər? Şübhəsiz Allah zalım xalqı doğruya yönəltməz.

Zumər/39:22 Allah kimin köksünü İslama açarsa, o Rəbbindən bir nur üzərindədir. Allahın mesajına qarşı qəlbləri qatılaşanların vay halına. Onlar açıq-aydın bir azğınlıqdadır.

Ali İmran/3:164 Allah iman edənlərin içərisindən, onlara ayələrini oxuyan, onları təmizləyən, onlara Kitabı və Hikməti öyrədən bir Elçi göndərməklə lütufta bulundu. Halbuki onlar daha öncə açıq-aşkar bir azğınlıq içində idilər.

Fussilət/41:52 De ki, "Əgər o (mesaj) Allahdan idisə və siz də onu təkzib etmişsinizsə? Buna qarşı qətiyyətli mövqe tutandan daha azğın kim ola bilər?

Şura/42:18 Ona iman etməyənlər onun haqqında meydan oxuyurlar. Ona iman edənlər isə ondan təşvişə düşərlər və onun gerçək olduğunu bilirlər. Saat mövzusunda şübhəyə düşənlər böyük bir azğınlıq içindədirlər.

Əhqaf/46:5 Allahı buraxıb, sonra da Dirilmə Gününə qədər onlara cavab verə bilməyən və hətta onların dualarından belə xəbərsiz olanları çağıranlardan daha azğın kim ola bilər?

Vaqiə/56:92 Amma o yalanlayan azğınlardandırsa-