Şura - 42:18
Ona iman etməyənlər onun haqqında meydan oxuyurlar. Ona iman edənlər isə ondan təşvişə düşərlər və onun gerçək olduğunu bilirlər. Saat mövzusunda şübhəyə düşənlər böyük bir azğınlıq içindədirlər.
Elçinin yalançı olduğundan və özlərinin heç bir zaman cəzalandırılmayacaqlarından əmin bir şəkildə, meydan oxuyaraq, istehza edərək Rəbbimizin əzabını gətirməsini istədilər:
Hud/11:8
Onlardan əzabı müəyyən bir vaxt üçün təxirə salsaq, "Onu saxlayan nədir?" deyərlər. Doğrusu, onlara gəldiyi gün, onlardan geri çevrilə bilməz və istehza etdikləri şey onları bürüyəcəkdir.
Ənfal/8:32
Hətta: "Rəbbimiz, bu səndən gələn bir gerçəkdirsə, üstümüzə göydən daşlar yağdır, və ya başımıza ağrılı-acılı bir əzab gətir," deyirdilər.
Yunus/10:50
De ki: "Onun əzabı istər gecə və ya gündüz gəlsin, bəs nə üçün günahkarlar o mövzuda tələsməkdədirlər?"
Yunus/10:51
"Gerçəkləşdikdən sonramı ona iman edəcəksiniz? Elə isə nə üçün onu indi tez-tələsik istəyirsiniz?"
Ənam/6:57
De: "Mən Rəbbimdən bir dəlilə əsaslanıram. Siz isə onu yalanladınız. Ona meydan oxuyaraq istədiyiniz şeyi gətirmək mənim əlimdə deyil. Hökm, ancaq və ancaq Allahındır. Gerçəyi bəyan edir. O, ən yaxşı ayırandır.
Ənbiya/21:38
"Doğru sözlüsünüzsə, O verilən söz nə zaman gerçəkləşəcək?" deyə meydan oxuyurlar.
Ənbiya/21:39
İnkar edənlər, üzlərindən və arxalarından atəşi uzaqlaşdıra bilməyəcəkləri və yardım da görə bilməyəcəkləri anı bir bilsəydilər.
Həcc/22:47
Sənə əzabı gətirməyin üçün meydan oxuyurlar. Allah sözünü pozmaz. Rəbbinin qatında bir gün, onların hesabıyla min il kimidir.
Şuəra/26:202
Onlara qəflətən, gözləmədikləri bir anda gələcəkdir.
Şuəra/26:203
O zaman, "Bizə bir az möhlət verilməyəcəkmi?" deyərlər.
Şuəra/26:204
Onlar, hələ də cəzamıza qarşı meydanmı oxuyurlar?
Nəml/27:71
"Doğrusunuzsa, bu söz nə zaman gerçəkləşəcək?" deyirlər.
Nəml/27:72
"Bəlkə də, meydan oxuyaraq istədiyiniz şeylərin bir qismi, hətta sizə çatmışdır," de.
Ənkəbut/29:53
Əzabı gətirməyin üçün sənə meydan oxuyurlar! Müəyyən etdiyimiz bir zaman olmasaydı, o əzab onlara gələcəkdi. Onlara qəflətən, xəbərləri olmadan gələcəkdir.
Ənkəbut/29:54
Sənə əzabı gətirməyin üçün meydan oxuyurlar. Halbuki cəhənnəm artıq kafirləri əhatə etmişdir.
Ənkəbut/29:55
Gün gələcək əzab üstlərindən və ayaqlarının altından onları sarıb örtəcək və (Tanrı onlara), "Etdiklərinizi dadın!" deyəcəkdir.
Səcdə/32:28
"O zəfər nə zaman gerçəkləşəcək, doğru sözlüsünüzsə?" deyə meydan oxuyurlar.
Səcdə/32:29
De ki, "Zəfər günü, inkar edənlərə iman etmələri bir fayda verməyəcəkdir; onlara başqa bir şans da verilməyəcəkdir."
Səba/34:29
"Doğru söyləyirsinizsə, o söz nə zaman gerçəkləşəcəkdir?" deyərək meydan oxuyurlar.
Səba/34:30
De ki, "Sizə bir saat gecikməyəcək, bir saat da tez gəlməyəcək, müəyyən edilmiş bir gününüz vardır."
Ya sin/36:48
Eyni zamanda, "Doğru sözlüsünüzsə, o söz nə zaman gerçəkləşəcək?" deyə meydan oxuyurlar.
Ya sin/36:49
Höcətləşərlərkən onları yaxalayacaq tək bir partlamanı gözləməkdədirlər.
Ya sin/36:50
Nə bir vəsiyyət buraxmağa vaxt tapa bilərlər, nə də ailələrinin yanına dönə bilərlər.
Ya sin/36:51
Boruya üfürülən kimi, onlar məzarlarından qalxıb Rəblərinə qaçacaqlar.
Ya sin/36:52
"Vay halımıza, yatdığımız yerdən bizi kim qaldırdı? Bu, Rəhmanın söz verdiyi şeydi. Demək elçilər doğru söyləmişdi," deyərlər.
Şura/42:17
O Allah ki, kitabı gerçək və ədalətlə nazil etmişdir. Nə bilirsən, bəlkə Saat (dünyanın sonu) yaxındır.
Şura/42:18
Ona iman etməyənlər onun haqqında meydan oxuyurlar. Ona iman edənlər isə ondan təşvişə düşərlər və onun gerçək olduğunu bilirlər. Saat mövzusunda şübhəyə düşənlər böyük bir azğınlıq içindədirlər.
Zəriyət/51:13
O gün onlar atəşə göndərilərlər.
Zəriyət/51:14
Cəzanızı dadın, meydan oxumaqda olduğunuz şey budur!