Şura - 42:22 Etdikləri işlər başlarına gələrkən zalımları təşviş içində görərsən. İman edib müttəqi davrananlar cənnətlərin bağçalarındadır. Onlar üçün Rəbləri qatında istədikləri hər şey vardır. Məhz bu, böyük lütfdür.
"Etdikləri işlər (öz) başlarına gələrkən zalımların narahat olduqlarını görərsən.": Əlaqəli
Şura/42:22 Etdikləri işlər başlarına gələrkən zalımları təşviş içində görərsən. İman edib müttəqi davrananlar cənnətlərin bağçalarındadır. Onlar üçün Rəbləri qatında istədikləri hər şey vardır. Məhz bu, böyük lütfdür.

Kəhf/18:48 Və sıra ilə Rəbbinə gətirilərlər. Bizə, ilk əvvəl sizi necə yaratdıqsa elə gəlirsiniz. Halbuki, belə bir toplantını gerçəkləşdirməyəcəyimizi iddia edirdiniz.
Kəhf/18:49 Kitab ortaya qoyulmuşdur. Günahkarların onun içindəkilərdən qorxuya qapıldığını və "Vay olsun bizə, məgər bu kitab kiçik, böyük heç bir şeyi buraxmayıb hesaba almışdır," dediklərini görərsən. Etdikləri hər şeyi önlərində hazır görmüşdürlər. Rəbbin heç kimsəyə haqsızlıq etməz.

Şura/42:45 Alçalmış və başları əyilmiş olaraq atəşə göndərilərlərkən göz ucu ilə çevrələrinə baxdıqlarını görərsən. İman edənlər, "Gerçək itkiyə məruz qalanlar, Dirilmə Günündə özlərini və ailələrini itirənlərdir. Zalımlar sürəkli bir əzaba məhkum olmuşdur," deyərlər.