Şura - 42:24 Onlar, "O, Allah haqqında yalan uydurdu." deyirlər, eləmi? Allah istəsə, sənin qəlbini möhürləyər. Allah yanlışı silər və sözləri ilə gerçəyi yerləşdirər. O ən gizli düşüncələri bilir.
Muhəmmədə (ə.s) qarşı çıxan, Onu təsirsiz hala salmaq, öldürmək üçün gizli hazırlıqlar, planlar quran və mücadilə içində olan kitab-əhlinin ikiüzlülərinə aid:
Nəhl/16:127 Səbr et, səbrin ancaq Allahın yardımıyladır. Onlar üçün üzülmə və onların hiylələrindən də narahat olma.

İsra/17:76 Səni ölkədən çıxarmaq üçün az qala səni zorla qovacaqlar. Belə olsaydı, səndən sonra onlar da çox qalmayacaqlar.
İsra/17:77 Səndən öncə göndərdiyimiz bütün elçilər üçün planlaşdırdığımız sistem (sünnət) budur. Sistemimizdə heç bir dəyişiklik görə bilməzsən.

Nəml/27:70 Onlara üzülmə, planladıqları şeylərdən ötrü də canını sıxma.

Əhzab/33:60 İkiüzlülər, qəlblərində xəstəlik olanlar və şəhərdəki təcavüzkarlar (sizə qarşı olan hücumlarına) son verməzlərsə, səni onlara müsəllət edərik; sonra orada, sənin çevrəndə qısa bir vaxt qala bilərlər.
Əhzab/33:61 Lənətlənərlər; Harada rast gəlinsələr, (hücumlarından əl çəkməsələr) yaxalanıb öldürülə bilərlər.
Əhzab/33:62 Öncəkilərə tətbiq edilmiş Allahın sünnətidir (qanunudur). Allahın sünnətində hər hansısa bir dəyişmə tapa bilməzsən.

Ənfal/8:30 İnkar edənlər səni təsirsiz hala gətirmək və ya səni öldürmək, ya da səni yurdundan qovub çıxartmaq üçün planlar qururdular. Onlar plan qururlarsa, Allah da plan qurur. Allah plan quranların Ən Ustasıdır.

Tur/52:30 Yoxsa, "O bir şairdir, onun ölməsini gözləyirik." deyirlər?

Nisa/4:114 Onların gizli görüşlərinin çoxunda xeyir yoxdur; sədəqəni, yaxşılığı və ya insanların arasını düzəltməyi müdafiə etmələri istisnadır. Kim Allahın rizasını axtararaq bunları edərsə, ona böyük bir mükafat verəcəyik.

Mucadilə/58:8 Gizli toplantılar qurmaqdan çəkindirildikləri halda, hələ də çəkindirildikləri işdə israr edənlər diqqətini çəkmədimi? Onlar günah işləmək, düşmənçilik etmək və elçiyə itaətsizlik etmək məqsədi ilə gizli hazırlıqlar görürlər. Sənin yanına gəldiklərində, Allahın səni salamlamadığı bir şəkildə salamlayırlar. Öz aralarında, "Söylədiklərimizdən ötrü Allah bizi cəzalandırmalı deyildimi?" deyərlər. Cəhənnəm onlara yetər. Orada yanarlar; nə pis bir məskəndir orası.

Tovbə/9:48 Daha öncə də qarışıqlıq çıxarmağı arzulamışdılar və sənə qarşı işlər/intriqalar çevirmişdilər. Nəhayət gerçək gəldi və Allahın qanunu, onlara rəğmən hakim oldu.

Mumtəhənə/60:1 Ey iman edənlər, Mənim düşmənimi və sizin düşməninizi dost tutmayın. Sizə gələn gerçəyi inkar etmiş və Rəbbiniz olan Allaha iman etdiyiniz üçün elçini və sizi (ölkənizdən) çıxarmış olduqları halda, siz onlara sevgi göstərirsiniz. Razılığımı qazanmaq üçün yolumda bir cihada çıxdınızsa, onları necə gizlicə sevə bilərsiniz? Halbuki Mən, gizlədiyinizi də, aşkara çıxardığınızı da çox yaxşı bilirəm. Sizdən kim belə davranarsa, doğru yoldan sapmış olar.

Nisa/4:80 Elçiyə itaət edən, Allaha itaət etmiş olar. Kim üz çevirərsə çevirsin; Biz səni onların üzərinə gözətçi göndərmədik.
Nisa/4:81 “Oldu, itaət edirik!” deyərlər. Ancaq Sənin yanından çıxdıqlarında onlardan bir qismi, söyləmiş olduqlarının əksinə (plan) qurur. Allah onların planlayıb qurduqları şeyləri qeyd edir. Onlara əhəmiyyət vermə; Allaha güvən. Dəstəkləyici olaraq Allah yetər.
Nisa/4:107 Özlərinə xainlik edənləri müdafiə etmə; Allah xəyanət edənləri və günah işləyənləri sevməz.
Nisa/4:108 İnsanlardan gizləyərlər amma Allahdan gizləyə bilməzlər. Halbuki Onun xoşlanmadığı düşüncələri qurarlarkən O onlarla bərabərdir. Allah onların bütün etdiklərini Əhatə Edir.

Munafiqun/63:1 İkiüzlülər sənin yanına gəldiklərində, "Sənin Allah elçisi olduğuna şəhadət edərik," deyərlər. Allah sənin Öz elçisi olduğunu bilir və Allah İkiüzlülərin yalan söylədiyinə də şəhadət edər.
Munafiqun/63:2 Andlarını qalxan edərək Allahın yolundan azdırdılar. Etdikləri necə də pisdir.
Munafiqun/63:3 Çünki onlar iman etdikdən sonra inkar etdilər. Buna görə qəlbləri möhürləndi; Onlar anlamazlar.
Munafiqun/63:5 Onlara, "Gəlin ki, Allahın elçisi sizin üçün bağışlanma diləsin," deyildiyində, başlarını çevirərlər; təkəbbür göstərərək yoldan çıxdıqlarını görərsən.

Muhəmməd/47:29 Qəlblərində xəstəlik olanlar, Allahın, onların kinlərini açığa çıxaracağını bilmirlərmi?