Şura - 42:5
Göylər az qala üstlərindən çatlayacaq. Mələklər Rəblərini tərifləyərək ucaldırlar və yer üzündəkilər üçün bağışlanma diləyərlər. Həqiqətən, Allah Bağışlayandır, Rəhmlidir.
4, 5 ayələri əsasında; Allaha övlad isnad etdilər deyə göylər parçalanacaqdı:
Məryəm/19:88
Hətta "Rəhman (Özünə) övlad götürdü," dedilər.
Məryəm/19:89
Siz, arsızca bir tezis (iddia) irəli sürdünüz.
Məryəm/19:90
Bu arsızlıqdan ötrü az qala göylər parçalanacaq, yer yarılacaq və dağlar uçacaqdır.
Məryəm/19:91
Rəhmana övlad isnad etdilər deyə...
Məryəm/19:92
Övlad götürmək Rəhmana yaraşmaz.
Məryəm/19:93
Göylərdə və yerdə kim varsa, Rəhmana qul olaraq gələcəkdir.