Şura - 42:6
Allahdan başqasını vəlilər seçənlərə Allah (Özü) nəzarət etməkdədir. Sən onların advokatı (vəkili) deyilsən.
Onların vəkili deyilsən:
Nisa/4:107
Özlərinə xainlik edənləri müdafiə etmə; Allah xəyanət edənləri və günah işləyənləri sevməz.
Nisa/4:108
İnsanlardan gizləyərlər amma Allahdan gizləyə bilməzlər. Halbuki Onun xoşlanmadığı düşüncələri qurarlarkən O onlarla bərabərdir. Allah onların bütün etdiklərini Əhatə Edir.
Nisa/4:109
Bax, siz bu cür adamları, dünya həyatında müdafiə edirsiniz. Bəs, dirilmə günündə Allaha qarşı kim onları müdafiə edəcək? Ya da kim onlara vəkil olacaq?
Ənam/6:107
Allah istəsəydi, ortaq qoşmazdılar. Səni onların üzərinə gözətçi qoymadıq. Onların vəkili də deyilsən.
İsra/17:54
Rəbbiniz sizi daha yaxşı bilir. İstəyərsə sizə acıyar, istəyərsə sizi cəzalandırar. Səni onlara advokatlıq (vəkillik) edəsən deyə göndərmədik.
Furqan/25:43
Arzusunu tanrı seçən şəxsi gördünmü? Sənmi ona advokatlıq (vəkillik) edəcəksən?
Zumər/39:41
Biz bu Kitabı sənə, insanlar üçün gerçəklə nazil etdik. Kim doğrunu taparsa, özü üçündür. Kim azarsa da, öz əleyhinə azmış olar. Sən onların advokatı (vəkili) deyilsən.
Şura/42:6
Allahdan başqasını vəlilər seçənlərə Allah (Özü) nəzarət etməkdədir. Sən onların advokatı (vəkili) deyilsən.