Zuxruf - 43:21
(Yoxsa) onlara bundan öncə bir kitabmı verdik və ona da əsaslanırlar?
Muhəmməd peyğəmbərin camaatına uzun müddət kitab / xəbərdar edici gəlməmişdi:
Səba/34:44
Onlara, tədqiq edəcəkləri bir Kitab verməmiş və səndən öncə onlara bir xəbərdar edici göndərməmişdik.
Zuxruf/43:21
(Yoxsa) onlara bundan öncə bir kitabmı verdik və ona da əsaslanırlar?
Ənam/6:155
Bu da nazil etdiyimiz mübarək bir Kitabdır. Elə isə sizə mərhəmət edilməsi üçün ona tabe olmalısınız, muttəqi davranmalısınız.
Ənam/6:156
Artıq, "Bizdən öncəki iki qrupa kitab verildi; biz isə onların öyrəndiklərindən (oxuduqlarından) xəbərsiz idik," deyə bilməzsiniz.
Ənam/6:157
Yaxud, "Bizə də Kitab nazil edilsəydi, onlardan daha (çox) doğru yolda olardıq," da deyə bilməzsiniz. Sizə Rəbbinizdən bir dəlil (bəyyinə), bir hidayət və bir rəhmət gəlmişdir. Allahın ayələrini yalanlayıb ondan üz çevirəndən daha zalım kim ola bilər? Ayələrimizdən üz çevirənləri, üz çevirmələrinə görə əzabın ən pisiylə cəzalandıracağıq.
Ali İmran/3:20
Səninlə mübahisə edərlərsə, “Mən və ardımca gələnlər özümüzü Allaha təslim etdik," - de. Kitab verilənlərə və kitab verilməyənlərə (ümmilərə): “Təslim oldunuzmu?” - de. Təslim olarlarsa, doğrunu taparlar. Üz çevirərlərsə, görəvin sadəcə eşitdirməkdir. Allah qulları görür.
Ənam/6:92
Bu, özündən öncəkiləri təsdiqləyən mübarək bir kitab olaraq, ölkələrin anasını və ətrafındakıları xəbərdar etməyin üçün nazil edilmişdir. Axirətə iman edənlər ona inanırlar və onlar namazlarına da davam edərlər.
Qasas/28:46
(Musanı) çağırdığımız zaman Turun yamacında da deyildin. Ancaq, səndən öncə özlərinə bir xəbərdar edən gəlməmiş bir camaatı xəbərdar etməyin üçün Rəbbindən bir rəhmət olaraq (sənə bilgi veririk); bəlkə öyüd alarlar.
Ya sin/36:5
Bu, Üstün və Rəhmli olanın nazil etdiyi bir vəhydir.
Ya sin/36:6
Ataları xəbərdar edilmədiyindən tamamilə xəbərsiz qalmış bir camaatı xəbərdar etməyin üçün...
Şura/42:7
Paytaxt (Ana şəhər) və çevrəsini xəbərdar etməyin üçün və gerçəkləşəcək olan Toplanma Gününə qarşı xəbərdar etməyin üçün Biz qüsursuz bir dilə sahib olan bir Quranı beləcə sənə vəhy edirik. Onlardan bir qismi cənnətə, bir qismi də cəhənnəmə girəcəkdir.
Zuxruf/43:5
Həddi aşan bir camaatsınız deyə, mesajı sizə çatdırmaqdan vaz keçək?
Muminun/23:68
Onlar bu sözü incələmədilərmi (araşdırmadılarmı), yoxsa keçmiş atalarına gəlməyən bir şeymi onlara gəldi?
Bəqərə/2:198
Rəbbinizin lütfünü (həcc bölgəsində ticarət edərək) axtarmağınızda qəbahət yoxdur. Ərafatdan ayrıldığınızda Müqəddəs Bölgədə Allahı xatırlayın. Sizi doğru yola yönəltdiyi üçün Onu xatırlayın; bundan öncə siz yolunuzu azmışdınız.
Cumuə/62:2
O ki, ümmilərin arasından, özlərindən olan bir elçi göndərmişdir ki, onlara Onun ayələrini oxuyur, onları təmizləyir və onlara kitabı və hikməti öyrədir. Bundan öncə onlar açıq aşkar bir azğınlıq içində idilər.