Zuxruf - 43:36
Kim Rəhmanın mesajına əhəmiyyət verməzsə, ona bir şeytanı istiqamətləndirərik, sonra da onun yoldaşı olar.
İnkar edənlər mesaja əhəmiyyət vermədilər:
Ənbiya/21:2
Hər nə vaxt Rəblərindən onlara yeni bir mesaj (zikr) gəlsə, onu ciddiyə almadan dinləyərlər.
Yunus/10:2
Özlərindən bir adama: "İnsanları xəbərdar et və iman edənlərə Rəbləri qatında önəmli bir yerə sahib olduqlarını müjdələ," deyə vəhy etməmiz insanlara qəribəmi gəlir? İnkar edənlər, "Bu, açıq-aşkar bir sehrbazdır," dedilər.
İbrahim/14:10
Elçiləri: "Göyləri və yeri yarıb yaradan Allahamı şəkk edirsiniz? Günahlarınızı bağışlamaq üçün sizi çağırır və sizə möhlət verir," dedilər. Onlar da, "Siz, ancaq bizim kimi insanlarsınız, atalarımızın qulluq/xidmət etməkdə olduğu şeydən bizi çevirmək istəyirsiniz. Bizə açıq-aydın bir səlahiyyət sənədi gətirin," dedilər.
Muminun/23:24
Xalqının öncü inkarçıları, "Bu, sizin kimi bir insandan başqa bir şey deyildir. Üzərinizə hakim olmaq istəyir. Allah istəsəydi bir mələk endirərdi. İlk atalarımızdan belə bir şey eşitmədik."
Şuəra/26:5
Hər nə zaman Rəhmandan onlara yeni bir mesaj gəlsə, mütləq ondan üz çevirərlər.
Şuəra/26:6
Yalanladıqları üçün, (məsxərəyə qoyub) əyləndikləri şeylərin xəbərləri onlara yetişəcəkdir.
Ya sin/36:30
Xalqın halı çox yazıq (acınacaqlı) oldu. Onlara hər nə zaman bir elçi gəlsə, ona istehza edirdilər.
Ya sin/36:31
Onlardan öncə neçə-neçə nəsilləri məhv etdiyimizi və onların bir daha onlara (geri) dönmədiklərini görmürlərmi?
Sad/38:4
Onlara, özlərindən bir xəbərdarlıq edənin gəlməsinə yadırğadılar. İnkar edənlər, "Bu çox yalançı bir sehrbazdır," dedilər,
Qaf/50:2
İçlərindən xəbərdarlıq edən birinin onlara gəlməsini qəribə qarşıladılar! Kafirlər, "Bu, qəribə bir şeydir," dedilər,
Əhqaf/46:3
Biz göyləri, yeri və aralarındakıları ancaq bəlli bir məqsədə görə və bəlli bir müddət üçün yaratdıq. İnkar edənlər xəbərdarlığa əhəmiyyət verməməkdədirlər.