Zuxruf - 43:50 Fəqət, onlardan fəlakəti qaldırdığımızda, sözlərindən dərhal döndülər.
"Ey sehrbaz, bizim üçün Rəbbinə dua et.": Əlaqəli
Əraf/7:130 Firon tərəfini, öyüd alsınlar deyə illərlə quraqlıq və məhsul qıtlığına məhkum etdik.
Əraf/7:131 Onlara bir yaxşılıq gəldiyi zaman, "Buna biz layiqik," deyərlər. Onlara bir pislik toxunduğu zaman isə Musa və bərabərindəkiləri uğursuzluqla suçlayardılar. Doğrusu, onların uğursuzluğu Allah tərəfindən qərarlaşdırılır. Ancaq çoxları bilməzlər.
Əraf/7:132 "Bizi sehrləmək üçün nə qədər möcüzə (ayə) gətirirsən gətir, biz sənə iman edəcək deyilik," dedilər.
Əraf/7:133 Üzərlərinə tufan, çəyirtkə, həşərat, qurbağa və qan kimi ayrı-ayrı işarətlər göndərdik. Buna rəğmən təkəbbür göstərməyə davam etdilər və günahkar bir topluluq oldular.
Əraf/7:134 Hər nə zaman başlarına bir müsibət gəlsə, "Ey Musa, sənə verdiyi sözə görə Rəbbinə yalvar. Bizi bu fəlakətlərdən qurtararsan sənə iman edər və İsrail oğullarını da səninlə bərabər yollayarıq," dedilər.

Zuxruf/43:48 Onlara bir-birindən böyük möcüzələr göstərdik və bəlkə dönərlər deyə başlarına müxtəlif fəlakətlər gətirdik.
Zuxruf/43:49 "Ey sehrbaz, bizim üçün Rəbbinə dua et. Çünki sən Ona daha yaxınsan; biz bundan sonra yola gələcəyik," dedilər.
Zuxruf/43:50 Fəqət, onlardan fəlakəti qaldırdığımızda, sözlərindən dərhal döndülər.