Zuxruf - 43:56 Onları, sonradan gələnlər üçün bir ibrət və örnək etdik.
Firon və tərəfdarlarının məhv edilməsi:
Şuəra/26:52 Musaya, "Qullarımı yola çıxar, siz təqib olunacaqsınız," deyə vəhy etdik.
Şuəra/26:53 Firon, şəhərlərə kütlə propagandaçıları göndərdi:
Şuəra/26:57 Nəhayət, onları çıxartdıq: Bağçalardan, çeşmələrdən,
Şuəra/26:59 Daha sonra, onları İsrail oğullarına miras etdik.
Şuəra/26:61 Hər iki topluluq bir-birini görüncə, Musanın yoldaşları: "Baxın, yaxalanırıq!" dedilər.
Şuəra/26:62 "Əsla. Rəbbim mənimlə birlikdədir; Mənə bir çıxış yolu göstərəcəkdir!" dedi.
Şuəra/26:63 Musaya, "Dəyənəyini dənizə vur!" deyə vəhy etdik. Bundan sonra yarıldı və hər hissəsi böyük bir təpə kimi oldu.
Şuəra/26:65 Musanı və onunla bərabər olan hər kəsi qurtardıq.
Şuəra/26:67 Əlbəttə bunda bir dərs vardır; amma çoxları iman etməzlər.