Zuxruf - 43:86
Onların Ondan başqa çağırdıqları şəfaət edə bilməzlər. Ancaq bilərək gerçəyə şahidlik edənlər xaric.
Şəfaət yəni haqqa şahidlik:
Yunus/10:3
Göyləri və yeri altı gündə yaradan, sonra hökmranlığını quran Rəbbiniz (sahibiniz) Allahdır. Hər işi idarə edir. İzni olmadan heç kimsə vasitəçilik (şəfaət) edə bilməz. Rəbbiniz Allah budur. Ona qulluq edin. Öyüd almırsınız?
Məryəm/19:85
Müttəqiləri, Rəhmanın hüzurunda qonaq qrupları halında (hörmətli qonaqlar kimi) toplayacağımız...
Məryəm/19:87
Rəhmanın yanında söz almış olanlardan başqası şəfaət (vasitəçilik) edə bilməz.
Ta ha/20:108
O gün, ən xırda bir sapma göstərmədən çağırana tabe olarlar. Səslər Rəhmanın hüzurunda kəsilmişdir; pıçıltıdan başqa bir şey eşidə bilməzsən.
Ta ha/20:109
O gün Rəhmanın izin verdiyi və sözünü uyğun gördüyü kimsədən başqasının şəfaəti (vasitəçiliyi) fayda verməz.
Zuxruf/43:86
Onların Ondan başqa çağırdıqları şəfaət edə bilməzlər. Ancaq bilərək gerçəyə şahidlik edənlər xaric.
Ənbiya/21:26
"Rəhman (Özünə) bir övlad götürdü," dedilər. O Ucadır. Halbuki onlar şərəfli qullardır.
Ənbiya/21:27
Onlar Ondan öncə söz söyləməzlər; onun əmrlərini isə ciddiyyətlə yerinə yetirərlər.
Ənbiya/21:28
O (Allah) onların keçmişini və gələcəyini bilir. Onlar Onun razı olduğu qullarından başqası üçün şəfaət etməzlər. Onlar belə Onun qarşısında hörmətdən tir-tir əsirlər.
Nəcm/53:26
Göylərdəki mələklərin belə şəfaəti bir fayda verməz. Ancaq Allahın istədiyi kimsə üçün izin verməsindən və Onun rizasına uyğun olduqdan sonra...
Səba/34:23
Onun qatında şəfaət fayda verməz; ancaq izin verdiyi xaric. Nəhayət, ürəklərindəki qorxuları keçib gedincə, "Rəbbiniz nə dedi?" deyərlər. "Gerçəyi söylədi" deyərlər. O Ən Ucadır, Ən Böyükdür.