Duxan - 44:20
"Sizin məni daşa basmanızdan, mənim Rəbbimə və sizin Rəbbinizə sığınıram."
Dində məcburiyyət, təzyiq və zülm inkar edənlərin adətidir:
Nisa/4:60
Sənə və səndən öncə nazil edilənlərə iman etdiklərini iddia etdikləri halda azğınların və despotların qanunlarını tətbiq etmək istəyənləri görmürsənmi? Halbuki onu inkar etməklə əmr edilmişdilər; fəqət şeytan onları tamamilə azdırmaq istəyir.
Ənfal/8:30
İnkar edənlər səni təsirsiz hala gətirmək və ya səni öldürmək, ya da səni yurdundan qovub çıxartmaq üçün planlar qururdular. Onlar plan qururlarsa, Allah da plan qurur. Allah plan quranların Ən Ustasıdır.
İsra/17:76
Səni ölkədən çıxarmaq üçün az qala səni zorla qovacaqlar. Belə olsaydı, səndən sonra onlar da çox qalmayacaqlar.
Əhzab/33:60
İkiüzlülər, qəlblərində xəstəlik olanlar və şəhərdəki təcavüzkarlar (sizə qarşı olan hücumlarına) son verməzlərsə, səni onlara müsəllət edərik; sonra orada, sənin çevrəndə qısa bir vaxt qala bilərlər.
Mumtəhənə/60:1
Ey iman edənlər, Mənim düşmənimi və sizin düşməninizi dost tutmayın. Sizə gələn gerçəyi inkar etmiş və Rəbbiniz olan Allaha iman etdiyiniz üçün elçini və sizi (ölkənizdən) çıxarmış olduqları halda, siz onlara sevgi göstərirsiniz. Razılığımı qazanmaq üçün yolumda bir cihada çıxdınızsa, onları necə gizlicə sevə bilərsiniz? Halbuki Mən, gizlədiyinizi də, aşkara çıxardığınızı da çox yaxşı bilirəm. Sizdən kim belə davranarsa, doğru yoldan sapmış olar.
Nisa/4:51
Özlərinə kitabdan bir pay verilənləri görmürsənmi? Bütpərəstliyə və yanlış doktrinalara inanırlar və inkar edənlər üçün, "Bunlar, iman edənlərdən daha doğru yoldadır", deyirlər.
Ğafir/40:25
Onlara Bizdən bir gerçəyi götürüncə, "Onunla birlikdə iman edənlərin oğullarını öldürün, qadınlarını isə yaşadın," dedilər. İnkar edənlərin planı hər zaman azğınlıqdır.
Ğafir/40:26
Firon dedi, "Məni buraxın Musanı öldürüm ki, o da Rəbbinə yalvarsın. Sizin dininizi dəyişdirəcəyindən və ya yer üzündə pislik çıxaracağından narahat oluram."
Saffat/37:95
Dedi ki, "Yonub düzəltdiyiniz şeylərəmi qulluq/xidmət edirsiniz?"
Saffat/37:96
"Allah, sizi də və düzəltdiyiniz şeyləri də yaradandır."
Saffat/37:97
Dedilər ki, "Onun üçün bir yapı qurun və onu atəşə atın."
Əraf/7:88
Xalqının təkəbbürlü öncüləri, "Şueyb, ya səni və səninlə bərabər iman edənləri şəhərimizdən sürgün edəcəyik, ya da dinimizə geri dönərsiniz!" dedilər. O da belə dedi: "Biz istəməsək də, eləmi?"
Şuəra/26:29
Dedi ki, "Məndən başqa bir tanrı (Hökmdar) qəbul edərsən, sənə həbs cəzası qoyacağam."
Ta ha/20:71
(Firon:) "Sizə izin vermədən öncəmi ona iman etdiniz? O, sizə sehr öyrədən ustanız olmalıdır. Əllərinizi və ayaqlarınızı çarpaz kəsib sizi xurma ağaclarına asacağam. Hansımızın cəzası daha çətin və sürəkli imiş öyrənəcəksiniz," dedi.
Şuəra/26:165
"Siz insanların arasından kişilərəmi üz tutursunuz?"
Şuəra/26:166
"Rəbbinizin sizin üçün yaratdığı zövcələrinizi tərk edərək? Siz, gerçəkdən həddi çox aşan bir camaatsınız."
Şuəra/26:167
Dedilər, "Bax, Lut, bu rəftarına son qoymasan, sürgün edilənlərdən olacaqsan!"
Şuəra/26:116
Dedilər ki, "Bax, Nuh, bu davranışına bir son qoymasan daşqalaq edilənlərdən olacaqsan."
Həcc/22:40
Onlar (o kəslər) ki, yalnızca, "Rəbbimiz Allahdır" dedikləri üçün haqsız yerə ölkələrindən çıxarıldılar. Allah insanların bəzisini, bəzisinə qarşı müdafiə etməsəydi, içərilərində Allahın isminin daha çox xatırlandığı monastır, kilsələr, sinaqoqlar və məscidlər dağılıb gedərdi. Allah Ona yardım edənlərə, əlbəttə yardım edəcəkdir. Allah əlbəttə Güclüdür, Üstündür.
İbrahim/14:13
İnkar edənlər elçilərinə, "Ya bizim dinimizə geri dönərsiniz, ya da sizi yurdumuzdan qovarıq!" dedilər. Rəbləri onlara, "Zalımları məhv edəcəyik," deyə vəhy etdi,
Hud/11:91
Dedilər, "Şueyb, sənin söylədiklərinin bir çoxunu anlamırıq. Üstəlik biz, səni aramızda gücsüz görürük. Qəbilən olmasaydı, səni daşqalaq edərdik. Sənin bizə qarşı hər hansısa bir üstünlüyün yoxdur."
Hud/11:92
Dedi ki: "Ey xalqım, qəbiləm sizə görə Allahdan dahamı üstündür ki, Ona arxa çevirdiniz? Rəbbim, sizin bütün etdiklərinizi Əhatə Edəndir."
Kəhf/18:20
"Onlar sizi fərq edərlərsə, sizi daşqalaq edərlər və ya sizi öz dinlərinə döndərərlər ki, bu vəziyyətdə də, əsla uğur qazana bilməzsiniz."
Duxan/44:20
"Sizin məni daşa basmanızdan, mənim Rəbbimə və sizin Rəbbinizə sığınıram."
Duxan/44:22
Və, "Bunlar günahkar bir topluluqdur," deyə Rəbbinə yalvardı.
Məryəm/19:46
(Atası:) "İbrahim, sən mənim tanrılarımdan üzmü çevirirsən? Buna son qoymasan, səni daşqalaq edəcəyəm. Məndən uzaqlaş!" dedi.
Ənbiya/21:62
"İbrahim, tanrılarımıza bunu sənmi etdin?" dedilər.
Ənbiya/21:68
"Bir şey edəcəksinizsə onu yandırın ki, tanrılarınızı dəstəkləmiş olun," dedilər.
Ənkəbut/29:24
Xalqının qarşılığı, "Onu öldürün, yaxud yandırın," demələrindən başqa bir şey olmadı. Ancaq Allah onu atəşdən qurtardı. İman edən bir camaat üçün bunda dərslər vardır!
Ya sin/36:17
"Bizim görəvimiz, açıq şəkildə bildirməkdən ibarətdir.
Ya sin/36:18
Dedilər ki, "Sizin üzünüzdən uğursuzluğa uğradıq. Əgər son qoymasanız, sizi daşqalaq edəcəyik və bizdən sizə ağrılı-acılı bir cəza toxunacaqdır."
Bəqərə/2:217
Səndən müqəddəs (haram) ayda savaşmaq barəsində soruşurlar. De ki: “Bu ayda savaşmaq böyük bir günahdır. Fəqət Allahın yolundan çevirmək, Ona (Allaha) və Müqəddəs Məscidə nankorluq etmək və insanları oradan çıxarmaq Allah yanında daha böyük bir günahdır. Çünki təzyiq və zülm, öldürməkdən daha böyük bir suçdur”. İmkanları olsa, sizi dininizdən döndərənə qədər sizinlə savaşarlar. Sizdən kim dinindən dönərsə və inkarçı olaraq ölərsə, bütün etdikləri dünyada və axirətdə boşa çıxar. Onlar atəş xalqıdır və orada sürəkli qalacaqlar.
Buruc/85:4
Xəndək xalqına təəssüflər olsun.
Buruc/85:5
Tutuşdurulmuş atəşin-
Buruc/85:6
Başında oturmuşlar,
Buruc/85:7
Və iman edənlərə etdikləri işgəncəni seyr edirlər.
Buruc/85:8
İman edənlərdən nifrət edirdilər. Sadəcə, onlar Üstün və Tərifəlayiq olan Allaha iman etdikləri üçün...
Buruc/85:10
İman edən kişilərə və qadınlara zülm və işgəncə edən və daha sonra tövbə etməyənlər cəhənnəm əzabına layiqdirlər. Onlar üçün yandırıb-yaxan bir əzab vardır.
Nəml/27:47
Dedilər ki, "Sən və bərabərindəkilər bizə uğursuzluq gətirdiniz." Dedi ki, "Sizin uğursuzluğunuz Allahdan gəlməkdədir. Doğrusu siz sınağa çəkilən bir camaatsınız."
Nəml/27:48
Şəhərdə doqquz nəfərdən ibarət bir çətə var idi; bölgədə fəsad çıxarırlar və əsla yaxşı bir şey etmirdilər.
Nəml/27:49
Allaha and içərək bir-birlərinə, "Ona və ailəsinə bir gecə hücumu edək və sonra onun qəbiləsinə, onların ölümü haqqında heç bir şey bilmədiyimizi və doğru danışdığımızı söyləyək," dedilər.
Fəth/48:25
Onlar inkar edənlərdir, sizi Müqəddəs-Məsciddən və qurbanları yerinə çatdırmaqdan əngəlləyənlərdir. Özlərini tanımadığınız üçün incidə biləcəyiniz iman edən kişilər və iman edən qadınlar olmasaydı və beləcə onlardan ötrü bilmədən özünüzü üzmə ehtimalı olmasaydı... Beləcə Allah istəyəni rəhmətinə daxil edər. Bir-birləri ilə qarışmış halda olmasaydılar, onlardan inkar edənləri ağrılı-acılı bir əzabla cəzalandırardıq.
Həcc/22:25
İnkar edənlər, yerli və xaricdən gələn bütün insanlar üçün bərabər olaraq ayırdığımız Mübarək Məsciddən və Allahın yolundan geri çevirənlər və orada zülm və azğınlıq axtaranlar, tərəfimizdən ağrılı-acılı bir əzab dadacaqlar.